четверг, апреля 08, 2010

SUMQAİT HADİSƏLƏRİNƏ YENİ BAXIŞ

http://www.bizimyol.az/templates/img/logo.gif

Müsahibə
08 -04 -2010 . «Erməni qırığını»nda imperiya izləri


Əsədağa Abdullayev: “Silva Kaputikyan hakim Brizeyə dedi ki, Siz rüşvət aldığınız üçün işə ədalətli baxmırsınız”


“Əhmədov məhkəmə prosesində 500 erməninin üzünə «Qarabağ Azərbaycanındır, onu ala bilməzsiniz» dedi»



(Əvvəli ötən sayımızda)
(Ötən sayı sonradan tapa bilmədim. F.S.)

İLK MƏQALƏDƏ SUMQAİT HADİSƏLƏRİNİN MOSKVADA APARILAN PROSESLƏRİNDƏN, ORADA 500 ERMƏNİNİN VƏ 2-3 NƏFƏR AZARBAYCANLININ HƏR GÜN MƏHKƏMƏ ZALINA GƏLMƏSİNDƏN VƏ S.-DƏN BƏHS EDİLİR.

"Yeni yol"-un müxbirinin ƏHMƏDOVUN vəkilə verdiyi suallar və cavablar:

- Yəni Əhmədovun ifadələrində etiraf edici məqamlar var idimi?

- Sualına cavab verməzdən əvvəl deyim ki, Əhməd Əhmədov hadisələrdən bir ay sonra həbs olunmuşdu. Onu çıxış üçün meqafonu əlindən aldığı adını xatırlamadığım bir nəfər satmışdı. Ondan sonra Əhmədovu gəlib evdə çimərkən aparmışdılar. Mən onun ifadələri ilə istintaq zamanı tanış olmuşam, bəli, ifadələrdə etiraf var idi. Əhmədov məhkəmə baxışında bu etiraflarını onunla izah etdi ki, ona istintaq zamanı deyiblər ki, etirafedici ifadə ver, əks təqdirdə səni ölüm hökmü gözləyir. Əgər etiraf edici ifadə versən, məhkəmə bunu nəzərə alıb gülləmə hökmü verməyəcək. Amma mən heç zaman deməmişəm ki, erməniləri öldürün, əşyalarını dağıdın və sairə. Mən demişəm ki, erməniləri qovun, çünki Ermənistandan bizimkiləri qovublar. Və Qarabağ Azərbaycanındır! Bilirsiniz, məhkəmədən 20 ildən çox vaxt keçib, ola bilər kimsə mənim dediklərimi başa düşməsin, amma keçirdiyim hissləri və prosesdə baş verənləri deməliyəm. Çünki həmin prosesin iştirakçılarından yalnız mən sağ qalmışam. Hələ də Əhməd Əhmədovun saf və cəsarətli sifəti gözlərim qarşısındadır. Bu illərdə nə qədər adamı qəhrəmanlaşdırdıq. Təsəvvür edin ki, 500 nəfərlik məhkəmə zalında 2-3 nəfər azərbaycanlı var idi, qalanları erməni idi. Başda Silva Kaputikyan olmaqla ermənilərin Moskvada yaşayan tanınmış alimləri, rəssamları, yazıçıları məhkəmədə iştirak edirdilər və hər gün yeniləri gəlirdi. Əhmədov onların qarşısında rus dilində özünü çox cəsarətlə və bacarıqlı şəkildə müdafiə edirdi. O, danışdıqca arada üzünü zala tutub deyirdi ki, Qarabağ Azərbaycanındır və heç vaxt Ermənistanın olmayıb. Bu sözü də rus dilində deyirdi. Onlar bunları eşidəndə gözləri iriləşirdi. Ümumiyyətlə, ermənilər Əhmədovun cəsarəti qarşısında mat qalmışdılar. O, çəkinmədən özünü müdafiə edirdi, çünki bilirdi ki, haqq yolundadır. Onu bir neçə dəfə dindirmişdilər, ancaq maraqlıdır ki, prosesdə bunları deməyə imkan vermədilər. Heç sual da vermirdilər ki, istintaqda dediklərin nə dərəcədə həqiqətdir və sairə. Çünki sərf etmirdi. Məsələ onda idi, məhkəmədə bunlar açılsaydı başda Azərbaycandan gedən ermənilər də ayılacaqdı ki, bu iki xalqı qarşı-qarşıya qoyurlar. Dinləyin, görün o, nə deyirdi. Əhmədov göstərirdi ki, işdən saat 3 radələrində çıxıb avtovağzala tərəf gələndə avtobusun üstündə bir nəfərin çıxış etdiyini gördüm. Həmin adam Ermənistanda necə döyüldüklərindən, öldürüldüklərindən, qollarının kəsilməklərindən, ailələrinin dağıldıqlarından danışırmış. Eşitdikləri onda vahimə yaradıb. Təsadüfən avtobusun içində diqqəti bir nəfərə cəmlənib ki, həmin adam sifətinin, xüsusən burnunun quruluşundan erməniyə oxşayırmış. Onda Əhmədov avtobusun pəncərəsinə yaxınlaşıb döyəcləyir ki, oturanlardan birinə həmin adamın erməniyə oxşadığını desin, amma cavab almadığından avtobus tərəfə gedib ki, qapını açsın. O zaman avtobusun üstündəki adam düşüb qabaq qapıdan minib, tez sürüb gediblər. Sonra o, kütlə olan tərəfə gedib və səsgücləndiricini alıb adamlara 41a məhəlləsində ermənilərin yaşadığını və onların qovulmasını deyib. Necə ki, onlar bizimkiləri qovublar, biz də erməniləri qovaq. Bundan başqa heç kimin öldürülməsini təkid etməyib. Bax, bunların heç biri məhkəmədə araşdırılmadı.

- Bəs Əhmədovun vəkili nədən onun istintaqdakı ifadəsini xatırlatmırdı?

- Vəkil qabarda bilərdi, amma o, bunları etmədi. Əslində, Yaşin çox yaxşı müdafiə edirdi. Amma sonra onu qorxutdular və o, fəal müdafiə etmədi.

- Onda onun 7 nəfəri öldürməsi haqqında iddia haradan ortalığa çıxdı?

- 7 nəfər bir ailənin üzvü idilər. Guya, Əhmədov, İsmayılov, Cəfərov və başqaları onları evdən çıxarıb vəhşicəsinə öldürüb, sonra yandırmışdılar. Amma məhkəmədə onların kim tərəfindən öldürülməsi sübut olunmadı. Təsəvvür edin ki, icraçıların kim olması sübut olunmadığından İsmayılov və Cəfərovun işini təkmilli istintaqa qaytardılar, ancaq təşkilatçı kimi Əhmədov tanındı. Sual yaranır, icraçı tapa bilmirsinizsə, Əhmədov kimi təşkil etmişdi, kimlərə göstəriş vermiş və kimlərə rəhbərlik etmişdi? Belə olduqda qanuni baxımdan hökm çıxartmaq olmaz. İkinci acınacaqlı hadisə onda oldu ki, məhkəməyə bir qanlı paltar gətirdilər, guya Əhmədovundur, amma geyindirmək istəyəndə onun əyninə olmadı. Hakim özü də bu vəziyyətdə çıxılmaz durumda qaldı. Çünki qarşı tərəf iddia edirdi ki, paltarın üstündəki qan Əhmədovun öldürdüyü ermənilərin qanıdır. Bilirsiniz, ona qarşı güllələnmə hökmünün səbəbi nə idi? Birinci onun özünü ləyaqətlə aparmasıydı.

- Ermənilər ona hədə-qorxu gəlmirdilər?

- Xeyr, kənar ermənilər söymürdülər, yalnız bir dəfə zərərçəkənlərin birinin oğlu ilə Əhmədov arasında söz toqquşması oldu. Həmin erməni qadın dedi ki, mənim ərimi sən öldürməmişən, onda bilirsən kim öldürüb, o, cavab verdi ki, mən haradan bilirəm. O zaman qadının oğlu ilə onun arasında mübahisə yarandı. Əhmədov heç nədən çəkinmirdi, suallara sərbəst cavab verirdi. Tanınmış ermənilər və prosesə yeni gələnlər iclas başlayanda biri-birindən Əhmədovun kim olduğunu soruşurdular. Çünki onlara xəbər çatmışdı ki, müttəhimlərdən biri özünü uşaq kimi aparmır, tam şüurlu, milli hisslərlə Qarabağın Azərbaycana məxsus olduğunu tez-tez vurğulayır. Ermənilər daima prosesi yarıda qoyub gedib SSRİ Ali Sovetin qarşısında mitinq edirdilər. Məsələn, bir dəfə Silva Kaputikyan ayağa qalxıb hakim Brizeyə dedi ki, Siz rüşvət aldığınız üçün işə ədalətli baxmırsınız. Bundan sonra zalı tərk etdi və onunla birgə ermənilər iclasdan getdilər. Onlar Ali Sovetin qarşısında aksiya keçirməyə gedirdilər. Bununla da proses dayandırılırdı. Ancaq əslində iclas dayanmamalı idi, çünki təqsirləndirilənlər, vəkillər, dövlət ittihamçısı və hakim prosesdə iştirak edirdisə 500 nəfər ermənin zalı tərk etməsinə görə iclası dayandırmaq qanuna ziddi idi. Bundan əlavə ermənilər məhkəmədə 13 bənddın ibarət vəsatət qaldırmışdılar, amma qəbul olunmadı. Vəsatətdə Sumqayıtda genosidin olması haqqında qərarın çıxarılması bildirilirdi. Bunun müqabilində məhkəmə 2 nəfərin işini geri qaytardı və iki gün sonra Əhmədova güllələnmə hökmü çıxartdı.

- Onun nə vaxt güllələndiyi bildirildimi?

- Biz Əhmədov haqqında çox gec xəbər tutduq. Onun atası bizim məsləhətxanaya məktub gətirmişdi. Məktubda yazılmışdı ki, oğlunuzun barəsində olan ölüm hökmü 1990-cı ilin aprelində icra olunub. Amma dəqiq tarix yadımda deyil.

- Qayıdaq “Qriqoryan işi”nə. Siz bu prosesdə kimi müdafiə edirdiniz?

- Qalib Məmmədovu. Onu əsasən kütləvi ixtişaşda iştirakda ittiham edirdilər.

- Həmin dəstənin başçısı və təşkilatçısının Qriqoryan olması sübut olundumu?

- Bəli.

- Necə oldu ki, Əhmədovun təşkilatçılığı sübut olunmadı, amma güllələnmə verdilər, təşkilatçılığı sübut edilən Qriqoryan isə 12 il azadlıqdan məhrum etmə cəzası aldı?

- Bilirsiniz, kütləvi ixtişaş elə şeydir ki, kütlə nizamsız hərəkət edir. Hərəkətin kim tərəfindən başlandığını, kim tərəfindən qurtardığını isə heç kim izləmir. İstintaqda 7 nəfər cəlb olunmuşdu və hamısı etiraf etmişdi ki, onları Qriqoryan Eduard Robertoviç təşkil edib. Qriqoryan onlara “batalyon za mnoy”, “əlimə yaxşı fürsət düşdü ki, ermənilərdən qisas alım” deyərək arxası ilə aparırmış. Həmin adamların bir neçəsi Qriqoryanla eyni binada yaşayırdılar.

- Onda onun erməni olduğunu bilmirdilər?

- Əlbəttə bilirdilər. Qriqoryanın anası rus, atası erməni idi, valideynləri ayrılmışdı. Amma arvadı Rima adlı erməni idi.
- Qriqoryanın ətrafındakılara psixoloji təsir edən dərmanlar paylaması və özü ilə olanlara “dubu idiot za mnoy” sözləri deməsi. Bunlar məhkəmədə açıldımı?

- Bəli. Ancaq həmin şəxslər onu etiraf etmədilər.

- Kim onlara təsir edirdi?

- Onlara naməlum adamlar başa salmışdı ki, sizi biri-birinizi ifşa edən ifadələr əsasında həbs ediblər, əgər məhkəmədə bu ifadələrdən qaçsanız olanları sübut edə bilməyəcəklər. Ona görə həmin müttəhimlərin hər biri istintaqdakı ifadələrinə uyğun olmayan ifadə verirdilər. İstintaqda müdafiə etdiyim Qalib Məmmədov Qriqoryanın təşkilatçı olduğunu təsdiqləyirdi. O, digər müttəhim Nizami Səfərovla qohum idi. Bilirsiniz, bu hadisələrdə başıpozuq, qeyri-sağlam gənclər çox olmuşdu, ancaq millətini sevən Əhmədov kimilər də heç nədən qurban getdilər.

- “Qriqoryan işi”nin dövlət ittihamçısı Aslan İsmayılov ANS-in bu barədə proqramında bildirmişdi ki, Qalib Məmmədovun yaxınları ondan kömək istəyiblər. O, da deyib ki, səmimi etiraf etsə, ona kömək edəcək. Bundan sonra Məmmədov Qriqoryanın onları yönəltdiyini, dərman verdiyini, onda ermənilərin siyahısının olduğunu etiraf edib. Ancaq bu zaman hakim Mənsur İbayev fasilə elan edib. Fasilədən sonra isə Məmmədov Aslan İsmayılovun təzyiqi nəticəsində o cür ifadə verdiyini bildirib...

- Ola bilsin ki, belə bir hadisə olub. Ancaq mən həmin vaxt eyni ilə Sumqayıt hadisələri ilə əlaqədar başqa bir zalda digər prosesə çıxdığımdan bir sıra məqamları unuda bilərəm. Amma Məmmədov həmin etirafları edib. Mən özüm də ona deyirdim ki, sən həqiqəti söylə. Əgər o, həqiqəti söyləsəydi, başqa cür olardı. Məsələ onda idi ki, o, məhkəməyə deyirdi ki, istintaqa yalan ifadə verib, Qriqoryan orda olmayıb. Onda mən dərinə gedib dedim ki, bax, Qalib belə deyirsən, başa düşürəm, amma mənə de görüm, əslində necə olub, həqiqəti söylə. Bundan sonra mənə etiraf edirdi, qəlbinin lap dərinliyindəki həqiqəti deyirdi. O zaman ona bildirirdim ki, o biri müttəhimlərdən qorxma, həqiqəti söylə, mən sənə böhtan at demirəm ki, olanı söylə, əgər qorxursansa, yazılı ifadə ver. Razılaşırdı, amma məhkəmədə vəziyyət dəyişirdi, ayrı şey deyirdi.

- Bəs ona kim təsir edirdi?

(Davamı növbəti sayımızda)

Natiq CAVADLI




Oxunub: 1 dəfə.

1 комментарий:

Unknown комментирует...

Hörmətli Natiq Cavadlının bu materialı insanlarımızın qeyrətli olanlarına bir xatirədir və qeyrətdən xali olanları haqqınd acı təəssüf hissi oyadır. Qəhrəmanlıq və laqeydlik nümunəsidir bu! Ardı var! Oxuyun və ibrət götürənlər götürsün.