воскресенье, февраля 07, 2010

SƏRHƏD DƏSTƏSİNİN HƏYATA KEÇİRDİYİ ƏMƏLİYYAT-XİDMƏT FƏALİYYƏTİ ƏRAZİSİNDƏ YERLƏŞƏN HÜQUQ-MÜHAFİZƏ, MİLLİ TƏHLÜKƏSİZLİK, GÖMRÜK VƏ SAİR ORQANLARI VƏ HƏRBİ HİSSƏLƏRİN KOMANDİRLƏRİ İLƏ QARŞILIQLI ƏLAQƏ SAXLANMASI

                        

 
 
   ------------------------------------------------------------------
 



SƏRHƏD DƏSTƏSİNİN HƏYATA KEÇİRDİYİ ƏMƏLİYYAT-XİDMƏT FƏALİYYƏTİ ƏRAZİSİNDƏ YERLƏŞƏN HÜQUQ-MÜHAFİZƏ, MİLLİ TƏHLÜKƏSİZLİK, GÖMRÜK (adlarını bir-bir yazmaq – rayonlarda hansılar varsa) və
SAİR ORQANLARI VƏ HƏRBİ HİSSƏLƏRİN KOMANDİRLƏRİ İLƏ  
                         QARŞILIQLI ƏLAQƏ SAXLANMASI
                    KONSEPSİYASI

MÜNDƏRƏCAT:

GİRİŞ

1-ci fəsil. (Burada: Sərhəd Dəstəsinin (Ərazidə olan orqanların adlarını çəkməli:) yəni, onlarla – Qarşılıqlı əlaqənin anlayışı, mənası, hüquqi reqlamenti və formaları.
2-ci fəsil. (“Qarşılıqlı əlaqə” əvəzinə, “qarşılıqlı fəaliyyət” də yazmaq olar.) Sərhəd Dəstəsinin ona DSX tərəfindən həvalə olunmuş tapşırıqların yerinə yetirilməsi üzrə həmin orqanlarla qarşılıqlı (fəaliyyət) əlaqə.
3-cü fəsil. Sərhəd dəstəsinin həmin orqanlara həvalə edilmiş və sərhədin mühafizəsi ilə dolayısı ilə əlaqədar olan vəzifələrin həyata keçirilməsində həmin orqanlar tərəfindən həyata keçirilməsində qarşılıqlı əlaqə.

GİRİŞ

Azərbaycan Respublikasında həyata keçirilən demokratik islahatlar dövlətin nəinki siyasi və iqtisadi sistemində, həm də uzun illər boyu formalaşmış ictimai münasibətlərdə və cəmiyyətin psixologiyasında da əsaslı dəyişikliklər yaratmışdır. Dövlətimizin və cəmiyyətin birlikdə islahatlar yolu ilə irəliləməsi davam etməklə yanaşı yeni Azərbaycan Respublikasının qanunvericiliyi də inkişaf etməkdədir. Lakin, bəzən şərait ölkədə o dərəcədə sürətlə inkişaf edir ki, qanunvericilik yaranmış ictimai münasibətləri hüquqi cəhətdən reqlamentləşdirməyə, onları təfərrüatı ilə təsvir etməyə, onların təcrübədə tətbiqi mexanizminin tənzimlənməsinə vaxt tapmır.
Buna görə bu gün ölkə qanunvericiliyində bir sıra belə boşluqların qalması bilavasitə qarşılıqlı fəaliyyət göstərən orqan və xidmətlərin əlaqələr – hüquqi tənzimlənməyə ehtiyacı olan ictimai münasibətlər hələ də qanunvericiliklə müəyyən edilməməsidir. Bunlardan dövlət sərhədinin mühafizəsində ən vacib olanı – sərhəd orqanlarının qarşılıqlı fəaliyyət göstərdikləri dövlət orqanları və strukturları ilə qarşılıqlı əlaqələrin, münasibətlərin hüquqi cəhətdən reqlamentləşdirilməməsidir. Bu münasibətlər keçmişdən qalan və hüquqi normalara əsaslanmayan ənənəvi qaydalara istinad edir ki, bu da hüquqi demokratik dövlət sistemində ictimai münasibətlərin möhkəmlənməsinə səbəb olmur. İmmanuel Kant özünün məşhur “Dövlət və hüquq haqqında təlim” əsərində yazırdı ki, hüquqi dövlətdə (Azərbaycan dövləti də buna doğru istiqamətlənmişdir) “qanunun aliliyi müdrik qanunların bolluğu ilə təmin edilir”.  Dövlət sərhədinin mühafizəsi zamanı aşkar edilən çoxsaylı və müxtəlif formalı sərhəd pozuculuğu ilə bağlı hüquqazidd hallar, onların aşkar edilməsinin və qarşısının alınmasının mürəkkəbliyi nəinki qanunvericilik bazasının təkmilləşdirilməsini, həm də onlarla mübarizədə müxtəlif dövlət orqanlarının imkanlarından istifadə etməyi nəzərdə tutur. Belə orqanların və strukturların məcmusunu ərazi üzrə fəaliyyət göstərən hüquq-mühafizə, xüsusi xidmət orqanları­nın, prokurorluğun və digər strukturların ümumi sistemi təşkil edir. Bu sistemə daxil olan hər müstəqil element qanunla ona həvalə olunmuş səlahiyyətlər hüdudlarında öz fəaliyyətini təşkil edir və bu, qanunçuluğun və hüquqi normaların möhkəmlənməsinə, cinayətkarlığa qarşı mübarizəyə, şəxsiyyətin hüquq və azadlıqlarının, cəmiyyətin, dövlətin, müəssisələrin, təşkilatların, idarələrin hüquq və qanuni mənafelərinin mühafizəsinə və qanunvericiliklə müəyyən edilən digər vəzifələrin yerinə yetirilməsinə yönəldilmiş olur. Lakin qanunun pozulması üsulları və formalarının çox böyük sayda olmasına baxmayaraq, onun pozulması ilə mübarizənin forma və metodları o qədər də çox deyildir və qeyd etdiyimiz kimi, qanunvericiliklə sərt şəkildə reqlamentləşdirilmişdir. Məhz buna görə, sərhəd mühafizəsi sistemi olan sərhəd dəstəsinin xidməti ərazisində fəaliyyəti qanunla ona verilmiş səlahiyyətlərlə ciddi şəkildə məhdudlaşdırılması və hətta bəzən onun öz tapşırıqlarını təkbaşına yerinə yetirməyə imkan vermir və öz ehtiyat qüvvələrini istifadə etməklə yanaşı, ondan vahid məqsədə uğurla nail olmaq üçün digər orqan və strukturlarla birlikdə razılaşdırılmış fəaliyyət aparılmasını tələb edir.
Bununla əlaqədar olaraq qeyd etmək vacibdir ki, sərhəd zonasında (sərhədboyu ərazilərdə) Sərhəd dəstəsi sərhəd pozucularının və digər cinayətkarların axtarışı və ələ keçirilməsində, əksər hallarda əsas, əlaqələndirici orqan kimi çıxış edir ki, bu da onun dövlət sərhədi ilə əlaqədar qarşılıqlı fəaliyyət məsələlərində aparıcı rolunu göstərir.
Bu işdə əsas məsələ sərhəd dəstəsi ilə onun əməliyyat-xidmət sahəsində yerləşən öz bölmələri, hüquq-mühafizə, xüsusi xidmət, prokurorluq və sair dövlət orqanları ilə qarşılıqlı fəaliyyəti probleminin həllinə yönəldilmişdir. Buna görə, məncə, əlimizdə olan materialların əsasında “qarşılıqlı fəaliyyət” istilahı anlayışını, onun Sərhəd dəstəsinin xidməti-döyüş fəaliyyətində  əhəmiyyətini, hüquqi cəhətdən reqlamentləşdirilməsi dərəcəsini və həm də həyata keçirilməsinin əsas prinsip və formalarını, Dövlət Sərhəd Xidmətinin xüsusiyyətləri nəzərə alınmaqla, aydınlaşdırmalıyıq. Bundan başqa, bu mövzunu daha tam və hərtərəfli aydınlaşdırmaq üçün qarşılıqlı fəaliyyət subyektlərinin xüsusiyyətlərini də nəzərdən keçirməyin zəruriliyi meydana çıxır. Bunlar, DSX birlik və bölmələrindən başqa, Sərhəd dəstəsinin xidməti ərazisində yerləşən dövlət orqanları, yerli hakimiyyət orqanları və s.-dir.  Qarşılıqlı fəaliyyət mürəkkəb, fasiləsiz prosesdir və onu ayrıca götürülmüş bir hadisə kimi sonuncunun mahiyyətini daha dəqiq əks etdirməsi nəzərdən keçirmək lazımdır, sonra isə, qarşılıqlı fəaliyyətin konkret formalarından bəhs edərək, bu prosesin mütəhərrikliyi (dinamikliyi) göstərilməlidir.

1-ci Fəsil. “Qarşılıqlı fəaliyyət anlayışı, onun mənası, hüquqi reqlamentləşdirilməsi və formaları. Qarşılıqlı fəaliyyətin anlayışı və mahiyyəti.

“Qarşılıqlı fəaliyyət” məfhumu qanunvericilikdə olmasa da, nəzəriyyə və təcrübədə geniş istifadə edilir, çünki o, müxtəlif orqanların qarşısında duran məsələlərin uğurla həll edilməsində kollektiv səylərin səciyyəsini özündə uğurla əks etdirir. Buna görə, bu anlayışı açıqlayarkən onun mənasının əhəmiyyətini nəzərə almaq lazımdır. Geniş mənada “qarşılıqlı fəaliyyət” fəlsəfə kateqoriyası kimi çıxış edir və obyektlərin bir-birilərinə göstərdiyi təsirləri, onların qarşılıqlı şərtlənmələrini və bir obyektin digərinin fəaliyyətinə köməyini əks etdirir. Bu zaman qarşılıqlı fəaliyyət istənilən maddi sistemin varlığını və struktur təşkilatını müəyyən edən obyektiv  və universal hərəkət, inkişaf forması kimi özünü göstərir. Qarşılıqlı fəaliyyətin belə təyinatı (tərifi) ümumi səciyyə daşıyır və təfəkkürün istənilən proseslərinin və formalarının təzahürünün  əks etdirilməsində tətbiq edilə bilər. Buna görə, qarşılıqlı fəaliyyət məfhumunun, bu mövzumuza uyğun olaraq, daha aydın başa düşülməsi üçün onun daha dar və ən çox istifadə edilən mənasına müraciət edək ki, bu baxımdan, qarşılıqlı fəaliyyətin mahiyyəti, əslində “əlaqələndirmə” (rusca: «координация») anlayışı ilə eyni mənaya malikdir” (latın sözü olan “koordinasiya” – “birgə”, “qaydaya salmaq”, “qarşılıqlı əlaqə”, “razılaşdırmaq” mənalarını verir), yəni, müxtəlif subyektlərin, Bunlar – Sərhəd dəstəsi və onun əməliyyat-xidmət sahəsində yerləşən digər orqan və hərbi hissələrin (bunları dəqiqləşdirmək!!!) rəhbərliyi və komandanlıqları ilə qarşılıqlı əlaqəli və razılaşdırılmış fəaliyyətidir. Belə qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyət, əlbəttə ki, müəyyən şərtlər və şərait mövcud olduğu halda mümkünləşə bilər. Birincisi, qarşılıqlı fəaliyyətə, ən azı iki subyekt iştirak etməlidir. Bu o deməkdir ki, iştirakçılardan hər biri aydın surətdə dərk etməlidir ki, o – qarşılıqlı fəaliyyət göstərən subyektdir və ona həvalə edilmiş vəzifələri digər subyektlə birgə yerinə yetirir. Bu müddəadan aşağıdakı şərtlər aydınlaşır – qarşılıqlı fəaliyyət iştirakçılarının məqsəd (hədəf) və vəzifələrinin ümumiliyi (birliyi). Məasəd və vəzifələrin yerinə yetirilməsində əlaqələrin kəsilməsi, rabitənin olmaması və ya zəifliyi qarşılıqlı fəaliyyətin əhəmiyyətini heçə endirir, çünki bu halda iştirakçılardan hər biri bir-birilərinə münasibətdə ayrı-ayrı vəzifələri yerinə yetirirlər və ya digər məqsədlərə nail olurlar, deməli bu fəaliyyəti müstəqil surətdə, razılaşdırmadan həyata keçirirlər ki, nəticədə şəraitdə hər hansı bir qarşılıqlı fəaliyyətdən söhbət belə gedə bilməz. Məqsəd və vəzifələrin vəhdətindən (birliyindən) danışarkən, qeyd etmək lazımdır ki, dövlət sərhədi təhlükəsizliyi üzrə qanunvericiliyin və qaydaların möhkəmləndirilməsi, sərhəd pozuculuğuna və qaçaqmalçılığa qarşı mübarizə həm sərhəd dəstəsinin və həm də bütün hüquq-mühafizə orqanlarının vahid vəzifələrindəndir. Bu vəzifələr öz mahiyyəti etibarı ilə daha da konkretləşdirilmiş və ardıcıllıqla həll edilən mərhələlərdən ibarətdir.
Sərhəd dəstəsinin qarşıda qoyduğu qarşılıqlı fəaliyyət prosesində nail olunan məqsədlər haqqında da eyni şeyi demək mümkündür. “Məqsədlər” adı altında hal-hazırda hələ nail olunmamış, lakin əldə ediləcək, o cümlədən digər hüquq-mühafizə orqanları və digər orqanlar ilə qarşılıqlı fəaliyyət gedişatında əldə ediləcək vəziyyət və ya nəticələr başa düşülür. Qarşılıqlı fəaliyyətin həyata keçirilməsi zamanı qoyulmuş məqsədlərə nail olma dərəcəsi onun təsirliliyi və ya effektliliyi adlandırılır. Nail olunan məqsədlərin dərəcələri çox olduqca, buna müvafiq effektivlik də çox olur. Lakin məqsədlər eyni və müxtəlif dəyərli ola bilər. Məqsədlər öz əhəmiyyətliliyinə görə yüksək və aşağı səviyyəli olanlara bölünür. Ali (yüksək) səviyyəli məqsədlər – sərhəd dəstəsinin əsas məqsədləridir ki, bunlar ölkə qanun vericiliyinin müvafiq maddəsində öz əksini tapmışdır(qanunu və maddəni göstərmək). Onlara nail olunması onu göstərir ki, Dövlət Sərhədi haqqında, Dövlət Sərhəd Xidməti haqqında qanun vericilik tam yerinə yetirilir, sərhədin pozulmasına yol verilmir, əməliyyat-xidmət prosesində qanunçuluğun, insan haqlarının, sərhədçilərin hüquqlarının və qarşılıqlı əlaqə saxlanılan orqanların hüquqlarının pozulmasının və Dövlət sərhədinin təhlükəsizliyinə yönəldilmiş qəsdlərin qarşısı alınır.
Beləliklə, qarşılıqlı fəaliyyətin ali məqsədini – Dövlət Sərhədinin təhlükəsizliyinin təminatında qanunvericiliyin möhkəmləndirilməsi və hüquqtətbiqetmənin təmin edilməsi kimi başa düşmək olar. Sərhəd dəstələrinin əsas məqsədi – Dövlət sərhədinin təhlükəsizliyinin və ona həvalə edilən vəzifələrin ölkə və beynəlxalq qanunvericilik səviyyəsində yerinə yetirilməsinin təmin edilməsidir. Buna görə, qarşılıqlı fəaliyyətin ali məqsədi – Sərhəd Dəstəsinin qanunveri­ciliklə müəyyən edilmiş çoxtərəfli vəzifələrinin həyata keçirilməsinin təmin edilməsidir. Bu məqsədlərə həm də digər hüquq-mühafizə orqanları və digər orqanlar qarşılıqlı fəaliyyət zamanı nail olurlar.
Məqsədlərin ali səviyyəsi – qarşılıqlı fəaliyyətin ən təsirli ali səviyyəsinə nail olmaqdır ki, bu onun məqsədlərinin tamamilə yerinə yetirilməsini, yəni Dövlət sərhədinin mühafizəsi ilə əlaqədar qanunvericiliyin dəqiq icra olunmasını bildirir. Bu isə, öz növbəsində, dövlət sərhədinin pozulmasının və sərhəddə digər hüquqazidd pozuntuların qarşısının alınmasının fundamenti olan sosial-mənəvi şəraitin yaradılması deməkdir. Nəzərdə tutulan – subyektlərin təfəkkürünün eyni zamanda yüksək səviyyəsinə nail olunması və onların qanunları dəqiq icra etməsinin həyati zəruriyyətə çevrilməsidir. Lakin hazırkı vaxtda Sərhəd dəstəsinin və onunla qarşılıqlı fəaliyyət göstərən subyektlərin fəaliyyətinin ali məqsədi yalnız ideal və arzuedilən kimi nəzərdən keçirilir. Bu (ali) səviyyə hələlik elə bir mərhələdir ki, Sərhəd dəstəsi qarşılıqlı fəaliyyəti zamanı ona doğru çatmağa səy göstərir. Buna görə, təcrübədə Sərhəd dəstəsi, mövcud imkanlardan yararlanaraq, qarşıya daha real, gerçək məqsədlər qoyur: sərhəd təhlükəsizliyi ilə bağlı hüquqazidd pozuntuların səviyyəsinin artmasının dayandırılmasına və hətta onların azaldılmasına və bir-neçə ildən sonra və ya başqa yaxın bir dövrədək isə hüquqi pozuntuların minimuma endirilməsinə nail olmaq. Lakin belə məqsədlər (adətən, ilin məqsədi), yəni yaxın illə bağlı məqsədlər Sərhəd dəstəsi üçün ali məqsəd rolunu da oynaya bilər. Eyni şeyi vəzifələr haqqında da demək olar. Sərhəd dəstəsi ali məqsədə tədricən nail olmağa çalışmalıdır. Buna görə, hər bir qarşılıqlı fəaliyyət mərhələsində ali məqsəd konkret şəraiti nəzərə almaqla müəyyən edilməlidir. Dövlət sərhədinin cəzasız pozulmazlığına nail olmaq isə bütün qarşılıqlı fəaliyyət subyektləri tərəfindən ali məqsəd kimi qəbul olunmalıdır. Gələcəkdə bu ali məqsədə hər konkret dövrün məqsədlərinin həyata keçirilməsi yolu ilə nail olunmalıdır. Ayrı-ayrı dövri – illik məqsədləri cari məqsədlər sayaq.
Qarşılıqlı fəaliyyətin ən aşağı səviyyəli məqsədi kimi aşağıdakıları göstərək: - sərhəd pozucuları, potensial sərhəd pozucuları və qaçaqmalçılar haqqında məlumatın toplanması; burada, təbii ki, həmin kateqoriyadan olan subyektlərin bütün hüquqi pozuntuları haqqında deyil, məhz sərhəd, sərhəd rejimi ilə bilavasitə və ya dolayısı ilə bağlı olan məlumatların, yəni Sərhəd dəstəsinin səlahiyyətinə daxil olan məsələlərlə bağlı məlumatların toplanmasından getməlidir; - Dövlət sərhədi haqqında Qanununu pozanların və pozmağa cəhd göstərənlərin, onlara kömək göstərənlərin və buna yol verən şəraitin müəyyən edilməsi; - sərhədin, sərhəd rejiminin pozulması ilə əlaqədar tədbirlərin görülməsi və s.; Dövlət sərhədi Qanununun pozulmasının qarşısının alınması. Qarşılıqlı fəaliyyətin həyata keçirilməsi gedişatında Sərhəd dəstəsinin əsas fəaliyyəti cari məqsədlərə nail olmağa yönəldilir.
Qarşılıqlı fəaliyyətin həyata keçirilməsinin digər mühüm bir şərti onun bütün subyektlərinin vaxt üzrə fəaliyyətinin razılaşdırılmasıdır.

(Ardı var!)

Комментариев нет: