воскресенье, февраля 07, 2010

DÖVLƏT SƏRHƏDİNİN MÜHAFİZƏSİ ÜZRƏ DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN N İ Z A M N A M Ə S İ (MÜƏLLİF LAYİHƏSİNDƏN ÇIXARIŞ. F.S.)

MATERİAL KEÇMİŞ SSRİ SQ NİZAMNAMƏSİ ƏSASINDA İŞLƏNƏRƏK, ÖLKƏ QANUNVERİCİLİYİNƏ MÜVAFİQ VƏ YERLİ TƏLƏBLƏRƏ UYĞUN İŞLƏNİB HAZIRLANMİŞ VƏ SQBİ KHTK-NIN RƏHBƏRLİYİNƏ TƏQDİM EDİLMİŞDİ. 

Bu, Dövlət Sərhəd Xidməti Nizamnaməsi (layihəsinin) DSX İdarəedilmə Sisteminin 500-cü maddəsinin ("Qarşılıqlı fəaliyyət") maddəsinin çıxarışıdır. Layihənin əsas ilkin müddəaları 2000-2001-ci illərdə Sərhəd Qoşunları Baş İdarəsi Kadrların Hazırlığı və Təkmilləşdirilməsi Kurslarının metodist-müəllimi, ehtiyatda olan p-k-l-t F.S. Qurbanov tərəfindən hazırlanmışdı.

Maddə 500. Qarşılıqlı fəaliyyət göstərən Dövlət Sərhəd Xidməti birləşmələri, hissələri və bölmələri arasında rabitə, qarşılıqlı əlaqəni təşkil edən böyük rəisin göstərişi ilə yaradılır. Qarşılıqlı əlaqə üzrə rabitənin qurulması və saxlanması üçün məsuliyyət cəbhə üzrə sağ qonşuya, arxadan cəbhəyə - arxada yerləşənbirləşməyə (hissəyə) həvalə edilir.

Dövlət Sərhəd Xidmətinin (bundan sonra DSX yazılacaq) birləşmələrinin (yəni, Sərhəd dəstələrinin), hissələrinin (yəni, indiki komendantlıqlarının) və bölmələrinin ölkənin Silahlı Qüvvələrinin birlikləri, birləşmələri, hissələri (bölmələri) ilə qarşılıqlı əlaqə rabitəsi təşkil edilir: simli vasitələrlə - Silahlı Qüvvələrin birlikləri, birləşmələri, hissələri və bölmələrinin vasitələri ilə və ya ümumdövlət rabitə şəbəkəsi vasitəsi ilə; radio, radiorele, troposfer və kosmik vasitələrlə - qarşılıqlı əlaqə saxlayan qərargahların vasitələri ilə.

Maddə 501. DSX qərargahlarının və bölmələrinin xüsusi orqanlarla, ictinaiyyətlə və təşkilatlarla rabitə əlaqəsi DSXnin, xüsusi orqanların, DİO-nın qüvvələri və vasitələri ilə və ümumdövlət rabitə şəbəkəsi kanalları ilə saxlanılır.

Maddə 502. Avtomatlaşdırılmış idarəetmə sistemləri (AİS) və vasitələri DSX sisteminin idarəedilməsinin təsirliliyinin, operativliyinin və etibarlılığının yüksəldilməsi üçün təyin edilmişdir. AİS aşağıdakı məsələlərin həllini təmin edir: idarəetmə, qarşılıqlı fəaliyyət orqanları ilə əlaqə və xəbərdarlıq siqnallarının və komandalarının ötürülməsi; əmrlərin, sərəncamların və məlumatların sənədləşdirilməsi və verilməsi; idarəetmə orqanları və obyektləri, qarşılıqlı fəaliyyət göstərən orqanlar və təşkilatlar arasında məlumat mübadiləsi; şərait haqqında məlumat toplanması; dialoq rejimində məlumat-arayış və hesablama-təhlil məsələlərinin həlli; işlənmiş (istifadə edilmiş) məlumatların sənədləşdirilməsi və onların icazəsiz istifadə edilməkdən qorunması.

M!!! Bu materialların da faydası ola bilər deyə, öz arxivimdən çıxarış etdim. Maraqlansalar ardı ilə, mənə müraciət edə bilərlər. F.S.

Комментариев нет: