четверг, марта 03, 2011

Pensiyaçılara “SMS İnfo” xidməti



Əgər pensiyaçının şəxsi mobil telefonu yoxdursa, onun yaxınının, qohumunun nömrəsi qeyd oluna bilər


22-02-2011


Pensiyaçılara “SMS İnfo” xidməti 




FaktXeber.com-un verdiyi məlumata görə, Pensiyaçılara “SMS İnfo” xidməti göstəriləcəkdir. Bu barədə ictimaiyyətə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov məlumat verib. Onun sözlərinə görə, bu ilin martından pensiyaçılara “SMS İnfo” xidməti göstəriləcək. "Hazırda Bakıda, Sumqayıtda və Abşeronda bütün pensiyaçıların mobil telefonlarının nömrələri öyrənilir və qeyd olunur. İlk olaraq bunu qeyd olunan yerlərdə tətbiq edəcəyik, alınan nəticələrdən sonra bu, bütün ölkəni əhatə edəcək. Hər ay pensiyaçıların hesabına pul köçürüldükdə dərhal onların mobil telefonuna “Sizin hesabınıza bu məbləğdə pul köçürülüb, ala bilərsiniz” tipli SMS məlumat göndəriləcək. Bununla da pensiyaçıların dəfələrlə bankomata gedib-gəlməsinə ehtiyac qalmayacaq"-deyə Səlim Müslümov əlavə edib .

Qeyd edək ki, fond sədrinin sözlərinə görə, əgər pensiyaçının şəxsi mobil telefonu yoxdursa, onun yaxınının, qohumunun nömrəsi qeyd oluna bilər.

Комментариев нет: