суббота, января 29, 2011

Əbdür-Rəhman əs-Səədi. Quran Təfsiri

SALAM HÖRMƏTLİ AZƏRBAYCAN OXUCUSU!


Mən bu gündən (28.01.2011-ci il) başlayaraq Gmail.com-da yaratdığım bir sıra bloqlarımda ALLAHIN izni və himayəsi altında tərcümə edib, nəşrini həyata keçirtdiyim Şərəfli Quran Təfsirinin birinci cildini inşallah hissə-hissə və ardıcıllıqla çap etməyə başlayayıram. Bunu etməkdə məqsədim nəşr olunmuş kitabın bütün arzu edən oxucular tərəfindən əldə edilə bilməməsi ilə bağlıdır.
Əlbəttə, burda digər kiçik bir niyyətim isə, marağı olan insanlarımızın bloqlarımla tanış olmalarını arzu etməyimdən irəli gəlmişdir. Bloqlarda, bu Təfsirdən başqa, yalnız müəllifliyi, əsasən, mənə aid olmayan mövzularla bağlı materiallar verilmişdir. Təfsirlə yanaşı, maraqlananlar həmin mövzulara da diqqət yetirə, bloqun daimi oxucusu ola və öz istənilən rəy, tənqid və mülahizələrini yazıb mənə göndərə bilərlər.


"LƏNKƏRAN" adlı bu bloqumda Quran Təfsirinin ilk hissəsini (Kitabın başlanğıcından) verirəm. Təfsirin ardı, qeyd etdiyim kimi, digər bloqlarda müvafiq qaydada onların elektron ünvanları göstərilməklə yerləşdiriləcək.

Aşağıdakı ünvanda növbəti hissəni, inşallah, oxuya bilərsiniz. F.S. 

http://dsx-oder.blogspot.com/





Əbdürrəhman bin Nasir
əs-Səədi


 MÜQƏDDƏS QURAN
TƏFSİRİ



SƏXAVƏTLİ VƏ MƏRHƏMƏTLİ
ALLAHDAN GƏLƏN ASANLAŞDIRMA



Tərcüməçi
Fərahim Süleyman oğlu Qurbanov


I cild



BAKI - 2008
Mob. 634.38.78
e-mail: odersalafi@gmail.com








Bu tərcüməni,

Müqəddəs Allah yoluna

dəvət vasitəsi kimi,

Onun dininə

həsr edirəm!

       FƏRAHİM


əs-Səədi, Əbdürrəhman ibn Nasir
        Müqəddəs Quranın Təfsiri, “Səxavətli və Mərhəmətli Allahdan gələn asanlaşdırma”. VIII cilddə, I c. /Əbdürrəhman ibn Nasir əs-Səədi; Azərbaycan dilinə tərc. F.S.Qurbanov. – Bakı:  2008. – 637 s.

Annotasiya:
      Şeyx Əbdürrəhman ibn Nasir əs-Səədinin (Allah ona rəhmət etsin) “Səxavətli və Mərhəmətli Allahdan gələn asanlaşdırma” adlı əsəri Müqəddəs Quranın geniş yayılmış və İslam milləti tərəfindən çox yaxşı qəbul edilmiş dərin elmi təfsirlərindən biridir.  Bu əsər çox sadə dildə yazılmışdır və ona görə geniş oxucu kütləsi üçün asan başa düşüləndir. 
       Bu təfsir, Müqəddəs Quran ayələrinin bəhs etdiyi bütün mövzular üzrə ensiklopedik şərh kimi qəbul edilə bilər. Müəllif ayələri açıqlayarkən, ilk növbədə,  Müqəddəs Qurana, sonra  Muhəmməd Peyğəmbərin (s.ə.s.) səhih hədislərinə, daha sonra isə onun səhabələrinin (Allah onlardan razı olsun) hədislərdən çıxartdıqları rəyə istinad etmişdir.

ƏSƏRƏ AZƏRBAYCAN RESPUBLİKASI DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ TƏRƏFİNDƏN NƏŞR OLUNMASI ÜÇÜN İCAZƏ VERİLMİŞDİR: (DK-66/Q saylı, 07 iyul 2008-ci il tarixli məktub) .




Əbdürrəhman ibn Nasir əs-Səədinin “Müqəddəs Quranın Təfsiri” əsərinin Azərbaycan dilinə tərcümə edilmiş birinci cildindən ibarət olan bu kitabın nəşr hüququ Azərbaycan Respublikası­nın müvafiq qanunları ilə mühafizə olunur. Onu yenidən istənilən formada nəşr etmək hüququ ancaq tərcümənin müəllifi Fərahim Süleyman oğlu Qurbanova məxsusdur!



                              TƏRCÜMƏÇİNİN ÖN SÖZÜ

Həmd olsun Allaha, aləmlərin Rəbbinə! Hikmət­lərinin bənzərsiz­liyi ağıllara qalib gələn, dəlillərinin ecaz­karlığı məfkurələri heyran qoyan, möhtəşəm sənə­ti­nin xarüqəladə özəllikləri inkarçı kafirlərə üzrxahlıq etməyə imkan yeri qoymayan, ayələri bəşəriyyətə “Allahdan başqa heç bir tanrı yoxdur” müjdəsi verən Müqəddəs Allaha həmd olsun! O Allah ki, Onun Özünə bərabər ola bilən nə bir tayı, nə də Ona bənzəyə biləcək bir oxşarı və nə də Ona köməkçi ola biləcək şəriki var! Onun nə övladı, nə valideyni, nə zövcəsi, nə də misli var! O, hər şeyi qəhr edən ilahi gücü ilə müstəbidləri qəddini əyməyə Məcburedəndir! O, Əzəməti və Qüdrəti qar­şı­sında zalım və qəddar padşahların zəlil günə düş­düyü, heybəti qarşısında bütün fironların vahimə içində səcdəyə qapıldığı, xəlq etdiklərinin hamı­sının, öz istək­lərindən asılı olmayaraq Ona itaət etdikləri Tək Allah­dır! Əziz və Cəlil Allah bu barədə belə buyurur: “Göylərdə və yerdə olan məxluqlar da, onların kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edir” (Rəd, 13/15).
Uca Allahın bəşəriyyətə bəxş etdiyi ən böyük nemətlərindən biri Quran və onu Allahın Özünün mühafizə etməsidir. Allahın Peyğəmbəri Muhəmmədin (s.ə.s.) milləti üçün hazırladığı və onu şərəfləndirdiyi ən əhə­miyyətli fəzilətlərindən biri də Peyğəmbərə (s.ə.s.) nazil etdiyi Vəhyi – Quranı qoruması və himayəsi altına götürmə­sidir. Qüdrətli Allah Quranı müsəlmanların Pey­­ğəmbərinin (s.ə.s.) həqiqi peyğəmbər olmasına bir dəlil etmiş, ona (s.ə.s.) verdiyi üstünlüyü açıq şəkildə bildi­rərək, onu təkzib­olunmaz dəlilə çevirmişdir. Böyük Allah bu Quran ilə Öz Elçisini (s.ə.s.) yalançı və iftiraçılardan fərqləndirmiş və bunun sayəsində möminləri də inkarçı ka­fir­lərdən və müşriklərdən, Ona şərik qoşanlardan qabarıq şəkil­də ayır­mış­dır. Müdrik Allah Quranı nazil etmişdir ki, yer üzündə yaşayan bütün cinlər və insanlar bir yerə toplaşıb səy etsələr də, onun bənzərini, əsla yaza bilməzlər. Sonsuz Lütf Sahibi Allah Quranı möminlər üçün qa­ran­lıqları nurlandıran bir günəş, şüb­hələri yoxa çıxardan bir aydınlıq, az­ğınlığa aparan yollarda həqiqəti göstərən bir rəhbər, qurtuluşa və hidayət yoluna yönəldən bir bələdçi etmişdir. Həmçi­nin, Mərhəmətli Allah Özü­nün bir ayəsində belə buyurur: “Allah, Onun rizasını arayan şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlər­dən nura çıxarır və düz yola yönəldir” (Maidə, 5/16). Bəsi­rətli Allah heç vaxt yat­ma­yan gözləri ilə Quranı qoruyub gözləyir, onu dağıdıl­maz qalası ilə əhatə edir. Zamanın, qərinələrin keçməsi ilə o əsra­rən­giz qalanın sütunları möhkəmliyini itirməz, qüdrət əlamətləri yoxa çıxmaz. Allahın və Onun Elçisi­nin (s.ə.s.) ehkamlarına riayət edənlər heç vaxt doğru yoldan sapmazlar.
Müqəddəs Quran möminlərin mübahisəyə düş­dük­ləri anda ona sığındıqları, müsibətə uğradıqları vaxt­da içinə çəkilib qorunduqları isteh­kam, şeytanın vəsvəsəsinə qarşı müdafiə olunduqları qaladır. Şərəfli Quran möminlərin baş əydikləri yeganə hakim və müraciət etdikləri ən qəti hökmdür. Möminlər öz arzu­ları ilə Müqəddəs Qurana möhkəm sarılır və bu­nunla özlərini təhlükələrdən xilas etmiş olurlar.
Ey Allahım! Sən məni Quranın aydın və mütə­şa­beh, halal və haram, ümumi və xüsusi, yığcam və təfərrüatlı, nəsx və mənsux, asan və çətin ayələrinin təfsirini gözəl tərzdə ana dilimizə çevirməyə müvəffəq et və bu şəxsi təşəbbüsümü uğurla sona çatdırmağı mənə nəsib et! Allahın Son Elçisi və Peyğəmbəri Muhəmmədə, ailəsinə və səhabələrinə salat və salam olsun!
Ey Allahın qulları! Allah sizə rəhm etsin! Bilin ki, öyrənil­məsi üçün səy göstərilməyə layiq olan və mənimsənilməsi ilə məqsədə çatılan, əldə edilməsi ilə insana Allahın razılığını qazandıran şey Quran­dır. Onu oxuyan çoxlu xəzinələr əldə edər və böyük mükafatlara sahib olar. O, elə bir Kitabdır ki: “Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmiş­dir” (Fussi­lat, 41/42).
Möhtərəm oxucu!
Bu ön sözümdə sizə deyiləsi bir sıra düşüncələri­mi yığcam çat­dırmaq fikrin­dəyəm. İlk öncə görkəmli İslam alimi və mütəfəkkiri, Quranın yüksək istedada malik təfsirçisi Şeyx Əbdürrəhman əs-Səədinin ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə etməyə cəsarət göstərdiyim bu əsərinin, çevrilən dildəki bir sıra xüsusiyyət­lərini nəzərinizə çatdırmaq yerinə düşərdi. Bunun səbəbi həmin əsəri ərəbcədən rus dilinə tərcümə etmiş mütərcim haqqında oxucu kütləsinə məlumat vermək və onun ərəb dilinə bələd olmayan müsəlmanlar üçün necə böyük və tərifəlayiq bir iş gördüyünü nəzərə çatdırmaqdır.
İlahiyyatçı Elmir Rəfail oğlu Quliyev Şeyx Əbdür­rəhman əs-Səədinin bu əsərini rus dilinə tərcümə etməzdən əvvəl, özünün qeyd etdiyi kimi, həmin dilə əvvəlcə Müqəddəs Quranı tərcümə etməli olmuş­dur. Bu gün rus dilində mövcud olan Quranın bütün məna tərcümə­ləri arasında həmyerlimizin işini ən uğurlu və ən mükəmməl hesab etmək olar. Məhz belə bir Quran tərcüməsi hörmətli E. Quliyevə bu ecazkar təfsirin tərcümə edilməsi üçün geniş imkanlar yaratmış­dır.
Elm aləmində çox təriflənən bu qiymətli təfsiri bir çox digər təfsirlərdən fərqləndirən cəhət, onun bir sıra özü­nəməxsus məziyyətlərinin olmasıdır. Bu xüsu­siyyətlərin bə­zi­ləri əsərin müxtəlif nəşrlərinə alimlər tərəfindən yazılmış müqəddimə­lərində göstəril­mişdir. Bunlardan bəzilə­rini mən Azərbaycan dilinə tərcümə etdiyim bu əsərə əlavə etmişəm. Xülasə halında demək olar ki, bu təfsirin aşağı­dakı özəl xüsusiyyətləri onu digər təfsirlərdən fərqləndirir:
Şeyx əs-Səədi təfsirində Quranın nazil edilməsi məqsədilə əlaqəsi olmayan lazımsız söz təhlillərinə, şəriət hüququ üzrə mübahisəli məsə­lələrə və fəlsəfəçi­liyə yol verilməmişdir;
əlinizdəki Təfsir bir sıra təfsirlərin xilas ola bilmə­diyi İsrail əfsanə­lərindən[1] nümunələr əxz etməmiş­dir;
o, nə oxucunu bezikdirici dərəcədə uzun, nə də məqsədi tam çatdıra bilməyəcək dərəcədə qısa deyildir;
təfsir bir çox elmi, əxlaqi və tərbiyə səciyyəsi daşıyan faydalara malikdir;
bu Təfsirdə Şeyx əs-Səədi xüsusilə peyğəm­bərlərin Quran hekayət­lərindən çox əhəmiyyətli, hik­mətli və həyatda rəhbər tutulması vacib olan nəticələr çıxarmışdır;
hər şeydən daha əhəmiyyətli olan odur ki, bu Təfsir, bidətə və fəl­səfəçiliyə aludə olmuş kəlamçıların hər cür pozğun təhriflərindən uzaqdır.
Şeyx əs-Səədi (Allah ona rəhmət etsin) uluhiyyət tövhidi, rubu­biy­yət və sifət tövhidi üzrə və bütün digər əqidə məsələlərində Peyğəmbəri­mizin (s.ə.s.) kəramətli  Sünnəsinə sadiq olan yaxın zaman alimlərindən biridir. Bir sözlə desək, bu Təfsir, İslam əqidəsi haqqında istinad edilmə­sinə layiq və lazım olan bir əsərdir.
Onu da deyim ki, bu məşhur təfsirin Azərbaycan dilinə tərcüməsi zəruriyyətdən doğ­muşdur. İyirminci əsrin 90-cı illərinin əvvəlində Azərbaycan xalqı ilk dəfə olaraq müasir ana dilimizdə Uca Allahın Müqəddəs Quranı ilə böyük alim­lərimiz Ziya Bünyadov və Vasim Məmmədəliyevin sanballı tərcümə­si sayəsində tanış olublar. Sonrakı illər­də bu tərcümə bir sıra təshihlərlə dəfələrlə nəşr olunaraq oxuculara təqdim edilmişdir. Müqəddəs Quranın daha bir sıra digər şəxslər tərəfin­dən edilmiş tərcümələri də nəşr olun­muşdur. Sevindirici haldır ki, son illərdə yüksək dini təhsil almış gənc islamşünaslar da bu çox mühüm bir sahədə Allahın dininə və xalqımıza öz töhfələrini verməyə təşəbbüs göstə­rirlər.
Məhz bu özəlliklər imkan verdi ki, dinimizin əsas Kitabının geniş və asanlaş­dırılmış şərhini də müsəlman oxucularımıza və İslam dəyərləri ilə maraqlanan digər insanlarımıza Azərbaycan dilində çatdıraq.
 Buna görə Şeyx Əbdürrəhman əs-Səədi­nin “Səxavətli və Mərhəmətli Allahdan gələn asanlaşdırma” adlı Quran təfsiri olan sanballı çox­cildlik əsərini dilimizə tərcümə etmək mənə görə mümkün­ləş­mişdir. Təbii ki, çətinlikləri asanlaşdıran təkcə Allahdır. Həmd olsun Allaha, aləmlərin Rəbbinə!
Əziz və möhtərəm oxucu!
Müqəddəs Quranın təfsirini sizə Azərbaycan dilində tam anlaşıqlı şəkildə çatdır­masını, bizi uğur yoluna yönəltməsini və bu kitabı həm bu dünya­mız və həm də Axirətimiz üçün faydalı etməsini Müdrik və Qüdrətli Allahdan rica edirəm.
Uca Allahın qullarına bəxş etdiyi ən böyük ne­mət­lərindən biri də fikri ifadə və izah etmə qabiliyyə­ti­dir. Allahdan arzum budur ki, bu tər­cüməni gözəl və aydın oxu­naqlı şəkildə insanlarımızla qovuşdurması üçün mənə kömək olsun.
Mərhəmətli Allah, öz fikrini düzgün ifadə etmək qabiliy­yəti baxı­mın­dan, qul­larını bir-birindən fərqli yaratmışdır. Mərhəmət Sahibi, bu barədə buyurur: “...biri­nizi digərinizin fövqünə dərəcə - dərəcə qaldı­ran Odur­...” (Ənam, 6/165). Vahhab Allahın möhtərəm şeyx Əbdürrəh­man əs-Səədiyə gözəl istedad və qabiliy­yət bəxş etməsi sayəsində gör­kəm­li təfsir alimi Quranın bu şərhini son dərəcə aydın formada yazmışdır. Onu orijinaldan deyil, ikinci dildən tərcümə etmək böyük məsuliyyət və mən deyərdim ki, cəsarət tələb edirdi. Bu keyfiyyətlərin az da olsa bir qismini mənə əta etməsi üçün Alim və Mərhəmətli Allaha dönə-dönə dua etmiş və Onun lütfkarlığına bel bağlayaraq tərcüməyə böyük həvəslə başlamışam və qısa müddət ərzində əsərin ilk cild həcmində hissəsi Onun sayəsində ərsəyə gətirilmişdir.
İnsanı ucaldan Allah Müqəddəs Quranda güclü ifadə bəxş etdiyi şəxslərin dilsiz və acizlərdən üstün olduğunu bildirərək: “Onlar zinət iç­ində böyü­dü­­lən və çəkişmə zamanı aydın danışa bilməyənlərdir...” (Zuxruf, 43/18) deyə, sonuncuları səciyyələn­dirir. Əbdürrəhman əs-Səədi məhz Allahın üstün tutduğu və yüksək qabiliyyət bəxş etdiyi insan­lar­dan­dır. Onun təfsirini ərəbcədən məharətlə tərcümə etmiş E. Quliyevin tərcü­mə­sini Azərbaycan dilində ifadə edərkən kifayət qədər çətin­lik­lərlə və hələ dilçiliyimizdə sabitləşməmiş, dini ədə­biyyat istilah­ları­nın tam alışıl­mamış tərəfləri ilə rast­laşmalı oldum. Bunlar, əsasən, ilk növbədə Hərşeyiəhatəedən Allahın ad və sifətlərinin dilimizdə hamının başa düşə biləcəyi formada verilməsi ilə bağlı idi. Oxucuların diqqətindən, ehtimal ki, yayınmayacaq belə yeni söz və ifadələr, ola da bilsin ki, hamıya eyni təsiri bağışlama­yacaq və bəzən isə, lap qeyri-adi görünəcək. Lakin tərcü­məçinin ana dilinə ilk dəfə çevrilən bu cür monu­mental əsər­lərdə yeni sözlər işlətməyə məcbur ol­ması, məncə, təbii bir haldır, elmi-təcrübi baxımdan özünü müəy­yən dərə­cədə doğruldur. Yeni termin və istilahlar süni söz quruculu­ğu metodu ilə deyil, Allahın ərəb dilində Onun Özü tərəfindən bəyan edilən kəlamların­dan irəli gələn və Azərbaycan dilinə gətirilməsi vacib olan tələbat­dan doğmuşdur. Bu ön sözümdə də həmin nadir ifadə­lər­dən işlədil­mişdir. Bun­dan başqa, öncədən qeyd etdiyim kimi, şeyx Əbdürrəhman əs-Səədi­nin bu təfsirinin tərcüməsinin gerçəkləşdi­rilməsi bir sıra obyek­tiv səbəb­lərlə əlaqədar­ idi. Belə ki, bu əsərin Azərbaycan dilinə tərcüməsi, onun əsasını təşkil edən Quranın özünün ana dilimizə edilən tərcüməsi ilə bilavasitə bağlıydı və Təfsiri tərcümə et­mək üçün, ilk növbədə, qarşımızda Quranın dilimizdə möv­cud olan tərcümə­sinin onun fundamental prinsip­ləri ilə üst-üstə düşməsi problemi daya­nırdı. Fərqlərin dərinliyinə varma­dan, demək yerinə düşür ki, ərəbcədən Azərbaycan dilinə həya­ta keçir­ilən həm əvvəlki Quran tərcümələrində bir sıra təshihlərin edilməsi və həm də yeni nəşrlərin və tərcümələrin işıq üzü görməsi və bəzi cüzi hallarda isə mənim, Allahın rizası ilə, E. Quliyevin rus dilinə tərcümə etdiyi “Müqəddəs Qurandan” («Священный Коран», Mədinə nəşri, Səudiyyə Ərəbistanı Krallığı, 1423-cü hicri ili) bəzi fraqmentləri sərbəst tərcümə et­məyim bir sıra çətin­liklərin aradan qalxma­sını şərtləndirdi və Təfsirin tərcüməsinə yol açdı. Allah Hərşeyibiləndir, Onun icazəsi olmadan heç nə baş vermir. Gerçəkləşən hər şey Onun hökmünə əsaslanır.
Təfsirin rus dilindəki mətnindən (А.Саади, «Толкование священ­ного Корана», М. «Умма», 2 cilddə[2], 2006) etdiyim tərcümə, onun quru­lu­şu­nun və məz­mununun tamlığı baxımından, heç bir dəyişikliyə uğradıl­mamış, ixtisara yol verilmə­miş və əsas mətn olduğu kimi tərcümə edilmişdir. Tərcümənin gedişində paralel olaraq Türkiyədə türk dilində nəşr olunmuş “Səədi Təfsiri” əsərindən (Abdurrahman b. Nasir es-Sadi, “Tefsirus-Sadi”, Quraba, 2006, 5 cilddə) də istifadə edilmişdir. Bu xüsusiy­yətlər orijinalın tərcümə edilmiş dildə asan anlaşılmasını təmin edən özəllik­lər­dəndir. Digər bir səciyyəvi hal kimi, (bunu çox əhəmiyyətli hesab edirəm) Təfsirin rus dilinə tərcüməsi zamanı İslam dininə xas olan və bütün İslam və qərb ölkələrində, demək olar ki, eynilə (tərcümə edilmə­dən) istifadə edilən bir sıra ərəb İslam ibarələrinin, rus dilindəki tərcümədə sərbəst qarşılığı verildiyi halda, mən onları, Allahın rizası ilə, dilimizdəki ənənəvi formalarında işlətmə­yi məqsədəuy­ğun saymı­şam.
Bundan əlavə, yuxarıda qeyd etdiyim kimi, Təfsirin rus dilindəki mətni tərcümə edilərkən türk mət­nindən də lazımınca yararlanmışam ki, bu da əsərin orijinalına yaxınlığı daha da artırmışdır. Tərcümə etdiyim rus dilindəki mətndə termino­logiya ilə bağlı bir sıra digər özəlliklər mövcud idi ki, mən, Allahın yardımı ilə, onları, qeyd etdiyim kimi, öz fərdi üslu­bu­ma müvafiq olaraq, artıq gerçəkləşdirmi­şəm və əziz oxucularımıza təqdim edirəm.
Sonuncu qeydim Təfsirdə Müqəddəs Allahın adlarının yazılışı ilə əlaqədardır. Əzəmətli və Müdrik Allahın adı şəxs əvəzlikləri ilə ifadə olunduqda böyük hərflərlə yazılır. İslam Peyğəmbərinin (s.ə.s.) “Allahın Elçisi” adı və yazılışda ancaq Allahın son elçisinin nəzərdə tutulduğu şərəfli “Peyğəmbər” adı da böyük hərflə yazılır. Lakin Muhəmməd Peyğəmbə­rin adının (s.ə.s.) şəxs əvəzlikləri ilə ifadə olunması böyük hərflərlə işarə edilməmişdir.
Görkəmli alimlərimiz Z. Bünyadovun və V. Məmmədəliyevin Quranın tərcü­məsindəki ad və sifətlərin yazılışı ilə onların Təfsirin Azərbaycan dilində verdiyim mətnindəki yazılışları arasında müəyyən forma fərqləri mövcuddur ki, bunlar, mənim Müdrik Allahın ad və sifətlərinin Ana dilimizdə xüsusi olaraq sabitləşdirilməsi təşəbbüsü ilə bağlıdır. Bunun oxucuların nəzərinə çatdırılmasının səbəbi, bu sahədə müxtəlif yanaşmaların və adlandırıl­maların geniş istifadə edilməsidir ki, onlara bu önsözümdə aydınlıq gətirməyi vacib sayıram.
Möhtərəm oxucu!
Hər bir əsərdə nəzərdən qaçan müəyyən nöqsanların olması mümkündür. Təkcə Müdrik Allahın Kitabı nöqsansızdır. Odur ki, bu tərcümədə hər hansı bir gözəçarpan və əhəmiyyət kəsb edən xəta ilə rastlaşsanız, acizanə xahiş edirəm ki, nöqsanlar barədə, zəhmət də olsa, növbəti nəşrlərdə nəzərə alınması üçün mənim elektron poçtuma yazıb xəbər verəsiniz.
Lütfkar Allahdan bu tərcüməmi Öz xatiri üçün və qullarına, ­onların xeyri üçün, sevdir­məsini arzu edirəm!

FƏRAHİM SÜLEYMAN OĞLU
                                                                                               QURBANOV
Mob. 634.38.78
e-mail: odersalafi@gmail.com






[1] İsrail əfsanələri – qədim İsrail qaynaqlarından götürülmüş yazılı və ya şifahi rəvayət edilən hadisə və hekayətlərdir. İsrail Quranda öz əksini tapmış on iki yəhudi nəslinin atası olan Yəqub peyğəmbərin (əleyhissalamın) adı və ya ləqəbidir. Yəhudilər bəni-İsrail (İsrail oğulları) kimi tanınırlar. İbranicə olan “İsrail” sözü “isra” (“qul”) və “İl” (Allah) sözlərinin birləşməsindən tö­rə­mişdir və “Allahın qulu” mənasını ifadə edir. Bəzi təfsirlərə salınmış “İsrail əfsanələri” ad­landırılan hekayətlər, bu sözün lüğəvi mənasının nəyə dəlalət etməsindən və, ümumiyyətlə, yəhudi, xristian və digər dinlərə məxsus mədəniyyət izləri kimi, yaxşı və ya pis məqsədlə uydurulmasından asılı olmayaraq, Allahın Elçisi Muhəmmədə (s.ə.s.) və onun səhabələrinə və onlardan sonrakı nəsillərə aid edilən hər cür xəbərlərdən ibarətdir. Bu əfsanələri təkcə yəhudi mədəniyyətinin qalıqları kimi ifadə etmək yanlış olardı Qeydlər “Şamil İslam Ensiklopediya­sından (Türkiyə Respublikası internet nəşri) əxz edilmişdir. Tərc.  F.S.
[2] Rus dilində iki irihəcmli cilddə olan əsər türk dilində beş cildə yerləşmişdir. Ehtimal edirəm ki, Azərbaycan dilində B5 formatında 6 və ya 7 cild həcmində olacaq inşallah! Tərc. F.S.


HÖRMƏTLİ OXUCULARA TƏFSİRİN ƏRƏB VƏ BAŞQA DİLLƏRDƏKİ NƏŞRLƏRİNƏ YAZILMIŞ RƏY VƏ TƏQDİMATLARI DA SİZƏ ÇATDIRMAĞI MƏSLƏHƏT BİLİRƏM.  F.S.


 
Şeyx Muhəmməd b. Saleh əl-Useyminin
TƏQDİMATI

Həmd təkcə Allaha məxsusdur. Peyğəmbəri­miz Muhəmmədə, ailə­sinə, səhabələrinə və Qiyamət gününədək yaxşılıqda onların ardıyca ge­dən­lərə salavat və salam olsun!
Daha sonra, dəyərli şeyximiz Əbdürrəhman b. Nasir əs-Səədinin (Allah ona rəhmət etsin) “Teysirul-Kərimur-Rəhman fi Təfsiri Kəlamul-Mənnan” adlı əsəri özünə xas bir çox xüsusiyyət­lərinə görə Quran təfsir­lə­rinin ən yaxşıların­dan biri hesab edilir.
Bu Təfsir aşağıdakı xüsusiyyətlərə malikdir:
onun yazılmasında müəllif hər kəsin başa düşə biləcəyi asan və aydın ifa­də­­lərdən istifadə etmişdir;
oxucunun fikrini yayındıran və vaxtını aparan, düşüncə üçün heç bir faydası olmayan lüzumsuz uzadıl­ma­lardan və əlavələrdən çəkinil­mişdir;
xatırlanmasına ehtiyac duyulan əsaslı zid­diyyətlər­dən başqa, digər ixtilaflı məsələlərə toxunul­ma­mışdır. Kitabın bu xüsusiyyəti oxucu­nun fikrini müəyyən bir məsələ üzərində cəmləşdirməyə imkan verir;
sifətlərlə bağlı ayələrdə Allahın hökmləri ilə zid­diyyət təşkil edən təhrif və yozmalardan qaçınaraq, sələfin yoluna əsaslanılmışdır;
ayələrin nişan verdiyi fayda və hökmlərdən çıxarılan nəticələrə dair incəliklər barədə; xüsusilə, bu özəllik “Sad” surəsin­dəki Davud (ə) və Süleyman (ə.) heka­yətlərində və “Maidə” surəsində dəstəmaz alınması ilə bağlı ayədə daha bariz şəkil­də özünü göstərir. Müəllif bu ayədən əlli hökm çıxarmışdır;
bu əsər təfsir və gözəl əxlaqa dair təlim-tərbiyə vasitəsidir. Bu, “Əraf” surəsinin “Sən bağışlama yolu­nu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz dön­dər” (Əraf, 7/199) ayəsinin təfsirində aydın görünür.
Məhz bu özəlliklərinə görə, Quranın təfsiri kitabını almaq istəyən hər kəsə öz kitabxanasında bu qiymətli təfsir üçün yer ayırmasını tövsiyə edirəm.
Uca Allahdan bu kitabın müəllifinə və onu oxuyanlara yararlı olmasını arzu edirəm. Həqiqətən, O, Çoxsəxavətli və bərəkət Sahibidir. Muhəmməd Peyğəmbərə, ailəsinə, səhabələrinə və Qiyamətə qədər onla­rın ardıyca gedənlərə salavat və salam olsun!

Muhəmməd əs-Saleh əl-Useymin
15 ramazan 1416-cı hicri ili    


 
Abdullah b. Əbdüləziz b. Aqil əl-Aqilin
MÜQƏDDİMƏSİ

Bismilləhirrəhmanirrəhim!
Həmd Allaha məxsusdur!
Sonra, Şeyx Səd b. Fəvvaz əs-Sumeyl yanıma gələ­rək, böyük alim, şeyximiz Əbdürrəhman b. Nasir əs-Səədi­nin (Allah ona rəhmət etsin) Təfsi­rindən bəzi nümunələr gətirdi.
Bu əsərin təshih edilmiş əlyazmasını əldə etdik­dən sonra, onu yeni­dən nəşr etdirmək istəyini bildirdi.
Əsərin orijinalını tədqiq edib ən düzgün, müəl­lifin yazdığı xüsu­siyyətləri aşkar etməyi, hədislərin nömrəsi və ilk rəvayətçilərinin üzə çıxarılmasını da nəzərə alaraq, nöq­sanlı ola biləcək halları və həm də daha əvvəl­ki nəşrlərdə gözdən qaçmış çatışmazlıqları aradan qaldıraca­ğı­na söz verdi.
 Mən də bu mübarək təşəbbüsünə görə ona təşək­kü­rümü bildirib uğur qazanması üçün dua etdim.
Şübhəsiz ki, Uca Allah bu təfsirin müsəlman­lar tərə­findən qəbu­lunu təmin etmişdir.
Bu təfsir Ərəbistanın Müqəddəs Quran radiosu ilə hər gün iki dəfə yayımlanır, məscidlərdə camaata oxunur və alimlərin elmi silsilələrində tədris edilir. Bu təfsir dəfələrlə nəşr edilməsinə baxma­yaraq, təəssüflə qeyd etmək lazımdır ki, xətalardan və tədqiqatçıların artırmalarından xilas olma­mışdır.
Bu kitab təfsirlərin ən faydalısı və ifadələrinin asan­lığı ilə, ən yaxşı başa düşülənidir.
Bu təfsir aydın mənalarla ifadə edilmiş, anlaşıl­ması çətinlikdən və İsrail əfsanələrindən[1] uzaq, düzgün danışmaq və həqiqəti söyləmək baxı­mından müşkül olana toxunmayan və ixtilaflardan bəhs etməyən bir kitabdır. Bu kitabın göstə­rilənlərdən daha əhəmiyyətli olan bir xüsusiyyəti də, onun sifət ayələrini sələfin metodu əsasında, yozumdan uzaq formada şərh etmə­sidir. Bütün bunlara, bəhs edilən çıxarıl­mış nəticə­lərə və digər mənbələrə müraciət edilmə­dən, ayədə olan faydaların yerindəcə xatırlan­ması, növbəti bir özəllik kimi ayrıca olaraq əlavə edilir.
Bu əsərin gözəl əxlaqdan, Peyğəmbərin (s.ə.s.) şəriət qaydalarından xəbər verməsi özü-özlüyündə qənaətbəxş bir məsələdir. Bütün bunlar asan və aydın sözlərlə ifadə edilmişdir. Bu kitab hər kəsin anlaya biləcəyi bir səviyyədə olduğuna görə elm öyrənmək istəyənlərin istifadə edəcəyi bir mənbədir. Şübhəsiz ki, bu, yaradılması çətin, başa düşülməsi isə asan olan bir kitabdır. Uzun zaman idi ki, bu kitabın tərcümə edilməsini, xüsusilə də ingilis dilinə çevrilməsini arzu edirdim və buna görə Allaha dua etdim. Ümid etmək olar ki, Allah bu kitabı oralarda faydalı edər.
Bu əsər İslam dini ilə tanışlığın çox təsirli bir vasitəsidir.
Müvəffəqiyyət Allahdandır!

                        Abdullah b. Əbdüləziz əl-Aqil






[1] 1Nli sətiraltı qeydə bax. F.S.




 
Şeyx Bəkir b. Abdullah Əbu Zeydin
MÜQƏDDİMƏSİ

Mərhəmətli və Rəhmli Allahın adı ilə
Həmd təkcə Allaha məxsusdur! Peyğəmbər­lərin sonuncusuna, ailəsinə, səhabələrinə və onların yolu ilə gedən və Sünnəsinə sarılanlara salavat və salam olsun!
Sonra, burada yazdığım nə müqəddimə, nə də təqdi­matdır. Təkcə tərif və xeyrə işarə edən bir yazıdır.
Bu hadisə barəsində təəssüratımı oxucularla bölüş­mək istəyirəm.
Təxminən hicri 1380-cı illərdə bəzi xeyirxah insanların Şeyx Əb­dür­rəhman b. Nasir əs-Səədinin[1] (Allah ona rəhmət etsin) 8 cilddən ibarət “Teysirul-Kərimur-Rəhman fi təfsiri Kəlamil-Mənnan” adlı təfsirini tövsiyə etdiklərini eşi­dirdim. Çünki bu təfsir digərlərindən aşağıdakı xüsu­siyyətlərinə görə seçilməkdə idi:
Bu kitab, etimad göstərilən və onda sələflərin yolu əks olunan bir əsərdir. O, səhih bir əsərin və doğru-düzgün anlayışın qısa xülasəsini asanlıqla özün­də əks etdirir.
Bu kitab alimlər üçün xatırladan və elmə yeni gələnlər üçün isə öyrədəndir.
Daha sonra digər alimlərin və elm öyrənən tələbə­lə­rin də məhz bu kitabı xüsusi olaraq tövsiyə etdiklərini eşitdim.
Şeyx Əbdürrəhmanın oğlu Abdullah (1405-ci h. v.) mənə atasının bu əsərlərini hədiyyə etmişdi:
Teysirul-Lətifil-Mənnan fi Xülasəti Təfsiril-Quran; 
əl-Qəvaidul-Hisan li-Təfsirul-Quran;
Fəvaidu Mustənbata min qissati Yusuf əleyhissalam.
Bu üç kitabı oxudum və sətirlərində bu təfsirə yönəltmələr tapdım. Müxtəlif vaxtlarda bu təfsirdən istifadə edirdim. 1418-ci ildə bir qrup dəyərli alimin hazırladığı “ət-Təfsirul-Müyəssər” adlı kitabın Mədinə­də olan Mushafuş-Şərif Kral Fəhd Nəşriyyat Cəmiy­yətinin çap etdiyi nüsxə­si­nin son araşdırmalarını apar­dığım vaxtlarda, bəhs edilən təfsirin İbn Cərir ət-Təbəri (310-cu h. v.) və əs-Səədinin təfsirlərinə çox böyük eti­madla yanaşdığını gördüm. Bundan sonra Səədinin təfsirinə rəğbətim və istəyim daha da artdı.
Səədinin digər məziyyətlərindən biri də onun İbn Teymiyyə və İbn Qeyyimə (Allah onlara rəhmət etsin) xüsusi münasibət bəsləməsi və kita­bını onlardan əxz etdiyi faydalı seçmələrlə bəzəmə­si idi.
Səədi ayələrdən məharətlə nəticələr çıxararaq kitabını asanlaşdırıb bizə təqdim etmişdir.
Məsələn, “Bəqərə” surəsinin “Deyin: “Biz Allaha, bi­zə nazil ola­na...iman gətirdik...” (136-cı) ayəsi[2] və “Ma­idə”surəsində keçən dəs­tə­­mazla bağlı 6-cı ayə[3] dediyi­mi­zə ən gözəl nümunədir.
Xüsusilə peyğəmbərlər haqqında hekayətlə­rin sonunda qiymətli və faydalı nəticələr çıxarmış­dır... Əhzab surəsinin bir ayəsində[4] bu incə və lətif mövzuya belə toxu­nul­muşdur: “Onlardan bir dəstə demişdi: “Ey Yəsrib əhli! (Mədinənilər);
Din qardaşlığını və İslam bağını atıb millətçi­lik çığır-bağırı salmaq cahillik əlamətlərindəndir.
Mən belə faydalı nəticələr çıxaran başqa birisini hələ görməmişəm. Bu ayə, milliyyətçiliyin İslama aid olmadığını bildirən daha üç ayəni də ehtiva edir.
Dərin biliyi və bu sahədəki yetərli imkanlara malik olmasından bəhs etdikdən sonra, onun gözəl həyat tərzinə nəzər salaq. Onun tərcü­meyi-halında nümunəvi olması, itaətətkarlığı, xeyirxahlığı və yaxşılığı, doğruçu və sağlam düşüncəli olması üzə çıxır. Onun tərcümeyi-halında əksini tapmamış bir hadisə:
Məkkə xəzinələrindən olan Siddiqə kitabxa­nasının sahibi Şeyx Əbdürrəhim Sadiq əl-Məkkinin (1408-ci h. v.) mənə izah etdiyinə görə, o, Şeyx Səədinin namaz qılmasının şahidi olmuş, onun xuşusunu və Allaha bağ­lılığını bildirən şeylər görmüşdür. Alimlər Şeyx Muhəmməd Həmid əl-Faqinin də (1379-cu h. v.) Əhməd Şakir (1377-ci h. v.) haqqında da belə dediyini rəvayət edirlər:
“Namazı tam xuşu içində, Allaha müti halda Əhməd Şakir kimi qılan bir adam görməmişəm”.
Biz də bu böyük müfəssir alimin Şeyxülislam İbn Teymiyyənin (Allah ona rəhmət etsin) bu sözünə uyğun əvəzini almasını diləyirik:
“Lədunni elminə[5] gəlincə, şübhəsiz ki, Uca Allah təqva sahibi olan vəlilərinin və saleh qullarının qəlblərini, xoşlanmadığı şeylərdən təmizlən­mələri və sevdiyi şeylərə riayət etmələrinə görə, başqala­rının qəlblərini açmadığı bir tərzdə açar.
Bu isə, Əlinin (Allah ondan razı olsun) de­diyi: “...Allahın Kitabı barədə quluna verdiyi anla­yış istisna olmaqla...” və bu əsərdə olduğu ki­midir: “Bildiyinə əməl edən insana, Uca Allah bilmədiyi­nin elmini də verir”.
Quranda bu məsələyə bir çox ayələrdə toxunul­muş­dur. Belə ki, Allah buyurur:
“...Əgər onlar özlərinə verilən öyüd - nəsihətlərə əməl etsəy­dilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı ...və onları doğru yola yönəldər­dik” (Nisa, 4/66,68).
Ayrıca olaraq Uca Allah Onun əmrlərini yerinə yeti­rənləri doğru yola yönəldəcəyini bildirərərk belə buyurur:
“Allah Onun razılığını axtaran şəxsləri bu Kitab­la əmin-aman­lıq yollarına yönəldir, onları Öz izni ilə zül­mətlərdən nura çıxarır və düz yola yönəldir” (Maidə, 5/16).
“Doğru yolla gedənlərə gəldikdə isə, Allah onlara hidayətini artırar və onları təqvalı olmağa müvəffəq edər” (Muhəmməd, 47/17).
“...Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq” (Kəhf, 18/13).
“Bu Quran insanlar üçün açıq-aydın bir dəlil, qəti inananlar üçün isə doğru yolu göstərən rəhbər və mərhəmətdir” (Casiyə, 45/20).
“...Bunlar Rəbbinizdən gələn aşkar dəlillər, iman gətirən bir camaat üçün doğru yolu göstərən rəhbərlik və mərhəmətdir” (Əraf, 7/203) ... (əl-Fətava, 13/245).”[6]
Bu təfsir haqqında yazımı qələmə alarkən yadıma Şeyx Əbdür­rəhman əd-Dəvsəridən (1399-cu h. v.): “Təfsirçidə axtarılan ən əhəmiy­yətli şərt nədir?” – deyə soruşulduqda, dediyi: “Qəlbi Quran­la rahatlıq tapandır” kimi verdiyi cavabı düşdü.
Mən, Şeyx Səədidə də bu şərtin olmuş oldu­ğuna inanıram və həqi­qətən onun dilindən belə mənali çeşmələr axmışdır. Bu isə Allahın fəzilətin­dəndir.
Allah ona əvəzini versin!
Beləliklə, deyilmişdir ki: “Quranın mənasını təkcə təmiz qəlblilər anlaya bilərlər. O qəlblər isə təqva sahibləri­nin qəlbidir” (Bax: əl-Fətava, 13/245).
Uca Allah Nəcdli alim Səədiyə bu sahədə ilk əsər yazanlardan olmasına görə xeyirlər versin. Mən Nəcdli alim­lər arasında Quranı bu gözəllikdə tam təfsir edən daha bir başqasını tanımıram.
Həqiqətən də, Uca Allah bu təfsirin müsəlmanlar arasında qəbul edilməsini və yer üzünün hər tərəfinə yayılıb dəfələrlə nəşr edilməsini nəsib etdi.
Kitabın bəzi nəşrləri:
1. Misir Sələfiyyə mətbəəsi çapı. Kitabın bir hissəsi içindəki çatışmazlıqlarla birlikdə Şeyxin yaşadığı dövrdə nəşr edilmiş, qalanı isə vəfatından sonra tamamlanmışdir.
O zamanın mətbəə və nəşriyyat şərtləri çərçi­vəsində bu nəşrdə bəzi kəlmələr və cümlələr çıxa­rılmış və nöqsanlar yaranmışdır.
2. Muhəmməd Zuhri ən-Nəccarın tədqiqatı ilə Riyad Səədiyyə çapı. Bu şəxs nəşri kitaba aid olmayan əlavələrlə korlamışdır. Onun ardıyca tələ­bəsi yazdığı “Kəşfus-sitar an telfigi və talikin-Nəccar” adlı kitabında onu tənqid etmişdir.
3. Birinci və ikinci əsas götürülərək çap edilən nəşrlər.
4. Daha sonra düzəlişlər verilərək Nəccarın əla­vələ­rindən təmiz­lənmiş nəşrlər çap edilməyə başlandı.
5. Əlimizdə olan bu nəşr iki xüsusiyyətilə önə çıxır. Birincisi, edilmiş yanlışlıqların və nöqsanların təshih edilib düzəldilməsi.
İkincisi isə, Nəccarın əlavələrindən təmizlənərək və iki əlyazması tutuşdurularaq, başlıqlara ayrılmış mövzular və faydalar mündərəcatı yaradılmışdır. Bu nəşrin əsas götürülməsi və qardaşlarımız tərəfindən müəyyən edilən düzəliş və mülahizələr naşirlərə təqdim edilməlidir ki, növbəti çaplarda nəzərə alınıb düzəldilsin.
Bacarıq Allahdandır!
                                                            

 Şeyx Bəkir b. Abdullah Əbu Zeyd

8 şəvval 1421-ci hicri ili
                                                       





[1] Hicri 1376-cl ildə vəfat etmişdir. F.S.
[2] Ayənin şərhi - “Bu və buna bənzər ayələr, insanların iman gətirməli olduqları nə varsa, hamısını əhatə edir. Bilmək lazımdır ki, iman gətirmək dedikdə, əsas dini baxışlarda əqidə möhkəmliyi nəzərdə tutulur ki, bu da ruhun və bədənin etdiyi əməllərlə təsdiq olunur. Bu ifadədən belə anlamaq olar ki, iman, imanın bir hissəsi və nəticələrinin biri olan saleh əməllərin hamısını özündə birləşdirir. Əgər iman Quran ayələrində ayrıca xatırlanırsa, o həmişə İslamı və saleh əməlləri bildirir, əgər təkcə İslam qeyd olunursa, onda o, həmişə imanı və əməlisaleh nəzər nöqtələrini əks etdirir. Əgər onlar ikisi birlikdə yad edilirsə, onda iman adı altında qəlbdə olan əqidə, İslam adı altında isə, açıq şəkildə həyata keçirilən saleh əməllər nəzərdə tutulur. Eyni şeyi imanın saleh əməllərlə yanaşı xatırlandığı ayələr haqqında da demək mümkündür”. Tərc. F.S.
[3] Bu ayənin şərhi də yuxarıdakı (Bəqərə, 2/136) kimi böyük məharət və bacarıqla verildiyi üçün, onu burada göstərməyi lazım bilmədim. Tərc. F.S.
[4] Şeyx Əbu Zeydin dəqiqləşdirmədiyi bu ayə Əhzab surəsinin 13-cü ayəsidir. Tərc. F.S.
[5] Qeybə aid elmlərdən biridir. Tərc. F.S.
[6] Burada İbn Teymiyyədən gətirilən sitat sona yetir. Tərc. F.S.














MÜƏLLİFİN TƏRCÜMEYİ-HALI

(Bir tələbənin qələmindən)

Müəllifin adı əş-Şeyx Əbu Abdullah Əbdür­rəh­man b. Nasir b. Abdullah b. Nasir Ali Səədidir, Təmim qəbiləsin­dəndir. Əl-Qasım bölgə­sinin şəhərlə­rindən biri olan Uneyzə şəhərində 12 Muhərrəm 1307-ci hicri tarixində dünyaya gəlmiş­dir. Onun cəmisi dörd yaşı olanda anası vəfat etmiş, üç ildən sonra isə atası dün­ya­sını dəyişmişdi. Uşaq yetim böyümüş, lakin mükəmməl tərbiyə almışdı. Onun kəskin ağlı və biliklər əldə et­məyə olan böyük arzusu ətrafdakıların diqqətini cəlb etmişdi. Atasının ölümün­dən sonra, o, Quranı öyrən­mə­yə və onu əzbərləməyə başladı. On bir yaşında olarkən, o artıq Quranı bütövlüklə gözəl tərzdə əzbər bilirdi. O, doğma şəhərinin alimlərindən şəriət elmlərini öyrənir və Uneyzəyə gələn şəxslərin mühazirə­lərinə gedirdi. Öz səyləri sayəsində hər bir şəriət elmini yaxşıca mənimsəməyi bacardı və onun iyirmi üç yaşı tamam olanda o, şəriət elm­lərini başqalarına tədris etməyə başladı. Buna baxmaya­raq, o, biliklərini dərinləşdir­mək­dən əl çəkmir və vaxtını boş keçirmirdi. Hicri 1350-ci ilədək o, artıq öz şəhərinin görkəmli alimlə­rin­dən biri olmağa nail olmuşdu, gənc tələbələr isə ancaq onun şagirdləri sırasına düşməyə can atırdılar.

Müəllifin müəllimlərindən bəziləri
İlk dəfə ona Müqəddəs Quranı öyrədən müəllimi şeyx İbrahim b. Həməd b. Casir olmuş­dur. Əbu Abdul­lah müəlliminin Muhəmməd Peyğəmbərin (s.ə.s.) hə­dislərini gözəl bilməsindən həmişə vəcdə gəlir və onun təqvalılığın­dan və habelə yoxsullara göstərdiyi məhəb­bətindən və rəhmdilliyindən tez-tez danışardı. O, xatır­layırdı ki, bir dəfə soyuq qış günlərinin birində şeyxin yanına bir kasıb gəlmişdi. Həmin gün müəllimin əy­nində iki köynəyi vardı və onlardan birini çıxarıb, hə­min şəxsə hədiyyə etdi, baxmayaraq ki, özü varlı adam deyildi, o köynəyə özünün də ehtiyacı var idi. Allah ona rəhmət etsin!
Əbu Abdullahın digər müəllimi, ona İslam fiqhi­ni, ərəb dilini və digər elmləri öyrətmiş şeyx Muhəmməd b. Əbdülkərim əş-Şibal idi. Uneyzə şəhə­rinin sabiq hakimi şeyx Salih b. Osman ona tövhiddən, Quran təfsirindən, fiq­hin əsasları və qanunlarından və həmçinin ərəb dilindən dərs demişdi. Öz biliklərinin ən çoxunu məhz ondan əldə etmişdi və o ölənə qədər, onu getdiyi bütün yerlərdə müşayiət edərdi.
Bunlarla yanaşı o, şeyxlər Abdullah b. Ayi­din, Səəbə əl-Kuvey­cirinin, Əli əs-Sənaninin və Əli ən-Nasir Əbu Vadayın yanında da təh­silini artır­mışdır. Sonuncu ona hədis elmini, altı əsas hədis toplusunu və bir çox digər hədislıri öyrətmiş və onu müvafiq şəha­dətnamələrlə təltif etmişdi.
Onun müəllimləri arasında məşhur alim Muhəmməd b. Əbdüləziz əl-Muhəmməd əl-Məəni də olmuşdur ki, o, ona Uneyzədə dərs demişdir. Şeyx Muhəmməd əş-Şənqıti onun doğma şəhərinə gəldikdə isə, o, onun Quranın şərhinə, hədis və terminologiyası haqqında elmə və həmçinin ərəb dilinin qrammati­kasına və morfologiyasına həsr olunmuş mühazirə­lərində iştirak etmişdir.

Onun xoşxasiyyətliliyi haqqında
Əbu Abdullah çoxsaylı gözəl keyfiyyətlərə ma­likdi və olduqca təvazökar adamdı. O, uşaqlar və qoca­larla, varlı­lar və kasıblarla rəftarında özünü çox sadə aparardı. O, vax­tı­nın bir hissəsini onunla söhbət etmək istəyənlərə sərf edərdi və bu söhbətlər isə həmişə dini səciyyə daşıyardı. O, dini və ictimai məsələləri müza­kirə etməyi sevərdi və qonaqları onun söhbətlərindən və xütbələrindən özləri üçün faydalı nəticələr çıxarardılar. Hətta onun adicə söhbətləri belə çox vaxt dini məclislərə çevrilərdi. O, müxtəlif insanlarla ümumi dil tapmağı bacarardı və həmişə söhbətləri üçün elə mövzular seçərdi ki, onlar müsahiblərinə həm bu həyatda və həm də Axirət həyatı üçün fayda gətirə bilərdi. Adamlar ona bir mübahisəni həll etmək üçün müraciət etdikdə, o, elə bir ədalətli qərar çıxarardı ki, hər iki tərəfi razı salardı.
Şeyxin kasıblara, ehtiyacı olanlara və imkansız mü­sa­fir­lərə rəhmi gələrdi və öz imkanları daxilində onlara kömək əlini uzadardı. Münasib şərait yarandıq­da, o, xeyirxahlıq etmək istəyən insanları ehtiyacı olanlara yardım göstərməyə çağırardı. O, həqiqətən namuslu, saf qəlbli, təmiz və başladığı hər hansı bir işi vicdanla yerinə yetirən  bir insandı. Onu haqlı olaraq ən savadlı və ən ağıllı insan­lar­dan biri sayırdılar. O, öz əlaçı tələbələrinin təfəkkürünü iti­ləş­dirməkdən ötrü onların arasında tez-tez müzakirələr apa­rardı və hətta dini mətnləri yaxşı əzbərləyənlər üçün müka­fat təyin edərdi.
O, tələbələrinin sonrakı dövr üçün təlimini davam etdirməkdən ötrü zəruri olan faydalı kitabları seçərkən onların özləri ilə tez-tez məsləhət­ləşərdi. Həm də bu zaman, o, şagirdlərinin əksəriyyətinin rəyinə üstünlük verər, rəylər bərabər olduqda isə, özü qərar qəbul edərdi. Heç vaxt onun məşğələləri, hətta onlar uzun müddət davam etsə də belə, tələbələrini usandırmazdı, çünki dərsində iştirak edənlərin hər biri keçilən mövzular­dan məmnun qalardılar. Allah, bizə və bütün iman sahiblərinə öz vaxtımızı ən yaxşı istifadə etməkdə və puç olmayan xeyirxah əməllər ehtiyatı qazan­maqda yar olsun!

Onun dərin bilikləri haqqında
Şeyx İslam hüququnun əsasları və hökmlərinə hərtə­rəfli bələd idi. Öz müəllimlərinin getdiyi yolu davam etdirə­rək, o, gəncliyində Hənbəli fiqhi təliminin tərəfdarı idi və bu dini məktəbin bir-neçə aliminin əsərlərini əzbərləmişdi. Elə o vaxt İslam fiqhinə həsr etdiyi bir əsər və rəcəz ölçüsündə, təxminən 400 beytdən ibarət şer yazmışdı. O, həmin əsərinə qısa şərh tərtib etmiş, amma sonralar onu nəşr etdirməmişdi, çünki o əsər onun əvvəlki baxışlarını əks etdirirdi.
O, üzün müddət İbn Teymiyyənin və onun şagirdi İbn əl-Qeyyimin və həmçinin çoxsaylı digər müəlliflərin əsərlərini öyrən­mişdi. Tövhid sahəsində, Quran təfsirində, şəriət hüququnda və digər faydalı elm sahələ­rində dərin bi­lik­lər əldə edərək, o, ancaq Hənbəli təlimi baxışlarına istinad etməyi tərk etdi və ancaq müqəddəs mətnlərə əsaslanan rəyləri üstün tutdu. Buna baxmayaraq, o, bir sıra ifrata mübtəla olan şəxslərdən fərqli olaraq, ənənəvi fiqh məktəb­lə­rinin tərəfdarlarına heç vaxt həqarətlə yanaş­mazdı. Allah bizə də həmişə doğru yol tutmaqda kömək olsun!
O, Quranın təfsir edilməsi sahəsində böyük yüksək­liklərə nail oldu və bir sıra müxtəlif təfsirləri öyrəndi, bu ecazkar elmi mənimsəyərək, Quranın bir-neçə cilddən ibarət gözəl şərhini yazdı. Bu əsər xüsusi hazır­lıq görülmədən yazılmışdır, çünki müəllifin nəinki daha geniş və təfərrü­atlı şərh yazmaq üçün və hətta başqa əsərlər yaratmaq üçün də kifayət qədər vaxtı yox idi. O, çox vaxt ayələri birbaşa dərsdə hazırlıqsız təfsir edir və şagirdlərinə Quran ayələrinin mənasını və faydasını açıqlayırdı. O, ayələrin əsil mənala­rı­nı dərk etməyə, onların əsasında çoxlu faydalı nəti­cə­lər  çıxar­mağa nail olmuşdu və məhz buna görə onun dinləyi­ciləri heç vaxt müəllimlərinin susmasını istəmirdilər, çünki onun nitqi valehedici, dəlilləri və nəql etmə üsulu isə inandırıcıydı. Onun mühazirələrində iştirak edən və ya onunla birlikdə şəriət məsələlərini müzakirə edənlər onun hərtərəfli dərin biliklərinin şahidi olurdular. Eyni fikri onun əsərləri və fitvaları ilə tanış olan hər bir şəxs haqqında demək olar.

Müəllifin əsərləri
1. “Mərhəmətli və Rəhmli olandan asanlaş­dırma” Müqəddəs Quranın təfsiri. Bu kitab üzə­rində iş 1344 h. il­in­də bitirilmişdir.
2. “Hənbəli məktəbinin istifadə etdiyi bütün kitab­larını tamamlayan şəriət hüququnun təfsiri”. Bu əsər nəşr olunmamışdır.
3. “Ən qısa və yüngül yolla şəriət hüququnu öyrənən ağıllı və sağlam düşüncəli insanlar üçün təlimat”. Suallar və cavablar formasında tərtib edilmiş bu kitab “Mətbəət ət-tərəqqi” nəşriyyatı tərəfindən 1365-ci hicri ilində Dəməşqdə mü­əl­lifin vəsaiti hesabına nəşr edilmişdir və pulsuz paylan­mışdır.
4. “İslamın üstünlüklərinin qısa izahlı incisi”. Bu kitab “Mətbəət Ənsar əs-Sünnə” nəşriyyatında 1366-ci h. ilində çap edilmişdir.
5. “Dövrə uyğun gələn faydalı xütbələr”. Şeyx öz şəhərində xütbə demək haqqına malik olduqdan sonra, o, hər cümə və bayram günlərində öz zamanına uyğun olan və insanların başa düşməsinə ehtiyac duyduqları mühüm məsələlərə aid xütbələrlə çıxış etməyə çalışırdı. Sonralar o, bu xütbələri toplayaraq öz vəsaiti hesabına əvvəlki kitabla birlikdə “Mətbəət Ənsar əs-Sünnə” nəşriyyatında çap etdirmiş və pulsuz paylamışdır.
6. “Quranın təfsirinin gözəl prinsipləri”. Bu kitab da “Mətbəət Ənsar əs-Sünnə” nəşriyyatında 1366-cı h. ilində nəşr olunmuş və pulsuz paylan­mışdır.
7. “Dinin, onun daşıyıcılarının və ardıcılla­rının əl-Kuseyminin iftiralarından qorun­ma­sı”. Bu kitab “Dar əl-Kutub əl-Ərəbiyyə” nəşriy­yatında Hicazda məşhur olan şeyx Muhəmməd Əfəndi Huseyfanın ianəsi hesabına 1366-cı h. ilində nəşr edilmişdir.
8. “Açıq və aydın həqiqət və ya peyğəmbər­lərin və elçilərin tövhidinin təfsiri”.
9. “İnandırıcı və qənaətbəxş izah”. Bu kitab şeyx İbn əl-Qeyyimin “ən-Nuniyyə” adlı qəsidəsinə yazılmış şərhdir.
10. “Müsəlmanlar arasında qarşılıqlı kömə­yin zəru­riyyəti və dini mübarizə məsələsi”. Son üç kitab Qahirədə “əl-Mətbəə əs-Sələfiyyə” nəşriyya­tında müəllifin vəsaiti hesabına nəşr olunmuş və pulsuz paylanmışdır.
11. “Tövhidin məqsədləri haqqında sağlam söz”. Bu kitab Misirdə “Mətbəət əl-İmam” nəş­riyyatında şeyx Əbdülmöhsün Əbu Battının ianəsi hesabına 1367-ci h. ilində  nəşr olunmuş.
12. “İslam hüququ prinsiplərinin qısa izahı”. Nəşr olunmamışdır.
13. “Quranın təfsirinin mahiyyəti haqqında Bəsirətli­dən yüngülləşdirmə”. Bu kitab “Mətbəət əl-İmam” nəşriyyatında müəllifin və bir qrup xeyriyyəçinin ianələri hesabına nəşr olunmuş və pulsuz paylanmışdır.
14. “Çiçəklənən bağlar”. Bu kitab ilk dəfə olaraq “Mətbəət əl-İmam” nəşriyyatında çap olunmuşdur.
Şeyxin çoxsaylı yazılı qeydləri və onun Uneyzə və digər vilayət­lə­rin sakinlərinin suallarına verdiyi cavabları qorunub saxlanılmış­dır. Bun­dan başqa, onun əlinə düşmüş müxtəlif kitabların kənarlarında qeydlər var­dır. Onun üçün yazmaq heç bir çətinlik törətmirdi və buna görə də onun çoxlu fitvaları və əsərləri böyük topludan ibarətdir. O, məşhur İbn Əbdülqavinin poetik əsərinin üzünü köçürmüş və ona şərh yazmaq niyyətində idi, sonra bunun çətin olacağı qərarına gəldi və onu “əl-İnsaf” kitabı ilə birləşdirdi və onları öz əli ilə köçürmüşdü ki, insanlar asanlıqla oxuya bilsinlər. Bu əsəri xatırlatdığımız şerlərə şərh kimi adlandırmaq olardı, lakin biz bunu onun əsərlərinə aid saymadıq.
Əsərlərini yazarkən şeyxin ən ali məqsədi bilikləri yaymaq və haqqa dəvət etmək idi və buna görə də o, hər cür imkandan istifadə edərək, əsərlərini nəşr etdirməyə çalışırdı. O, bunların vasitəsilə keçici dünyəvi nemətlər əldə etməyə və varlanmağa can atmırdı. O, kitablarını pulsuz paylayır ki, bütün bilik arzu edənlərə faydalı olsun. Qoy Allah İslam və bütün müsəlmanların adından ona savab versin, bizi isə ancaq xeyirxah əməllər işlətməyə yönəltsin!

Şeyxin vəfatı
Öz həyatını bütünlüklə elmə həsr edərək, Əbu Abdullah Əbdürrəhman b. Nasir əs-Səədi 69 yaşında vəfat etdi. Bu, onun doğma şəhərində 1376-cı hicri ilində baş verdi. Allah ona rəhmət etsin!

http://www.blogger.com/post-create.g?blogID=5552247839245604271
http://www.blogger.com/post-create.g?blogID=5552247839245604271




                                               
 “ƏL- FATİHƏ”
(“QURANI AÇAN”)
SURƏSİNİN ŞƏRHİ

ﭑ       ﭒ  ﭓ  ﭔ  ﭕ  

(1) Mərhəmətli, Rəhmli Allahın adı ilə!

Bu o deməkdir ki, mən Allahın adı ilə başla­yı­ram. Bu söz bir­ləş­məsinin lüğəti təhlilindən aydın olur ki, burada Uca Rəbbin bütün gözəl adları nəzərdə tutulur.
Allah – bu adlardan biridir və “O, İlahiləşdirilən, İbadət Edilən, Tək, Öz ilahi – kamil və nöqsansız  sifət­lərinə görə ibadətə layiq olan Rəbdir”.
Gözəl Mərhəmətli və Rəhmli adları Onun böyük rəhmdilliyinin dəlilləridir ki, hər şeyi və hər varlığı əha­tə edir. Allahın təqva sahibi olan və Onun peyğəmbər­lərinin və elçilərinin yolu ilə gedən qulları tam mənada Allahın rəhmi ilə mükafatlandırı­la­caqlar. Bütün digər məxluqlar isə Allahın mərhəmətinin ancaq bir qismini alacaqlar.
Nəzərə almaq lazımdır ki, sələflərdən olan bütün din alimləri Allaha və Onun ilahi sifətlərinə iman gətirməyin zəruri olması haqqında yekdil idilər. Allah – Mərhəmətli və Rəhmlidir, yəni, qullarında təcəssüm edən rəhm sahibidir. Bütün nemətlər və savablar Onun mərhəməti və rəhminin saysız-hesabsız təzahürlərindən biridir. Eyni tərifi Allahın qalan adları haqqında da demək olar. O hər şeyi biləndir, yəni, bütün məxluqat haqqında biliyə malikdir. O hər şeyə qadirdir, yəni, qüdrət sahibidir və bütün məxluqat üzərində hökmrandır.

ﭖ  ﭗ  ﭘ  ﭙ  ﭚ  

(2) “Həmd (şükür və tərif) olsun Allaha (və ya həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə!”

Bu, Allahın, kamil sifətlərinə və əməllərinə görə tərifləndiyi sözlərdir. O, bunları ya Öz mərhəməti, ya da ədaləti üzrə həyata keçirir. Həmd bütünlüklə Ona məxsusdur və O, bu tərifə tam layiqdir. O, təklikdə bütün aləmlərə hökmranlıq edir. Allahdan başqa bütün varlıqlar bu aləmlərə aiddir. O, Kainatı yaratmış, onun sakinlərini yaşamaq üçün vacib olan vasitələrlə təmin etmiş və onları geniş səxavəti ilə himayəsinə götürmüşdür. Onun himayəsindən məhrum olanlar yaşaya bilməzlər. Məxluqlarına iltifat etdiyi bütün nemətlər Uca Allahın hədiyyəsidir.
Uca Allahın hökmranlığı iki formamdadır: ümumi və xüsusi. Ümumi hökmranlıq – Onun məxluq­ları yaratmasında, onlara ruzi verməsində və doğru yol göstərməsində təzahür edir və buna müvafiq olaraq onlar bu dünyada öz yaşayışını qururlar. Xüsusi hökmranlıq isə, Allahın Öz sevimli qullarını dindarlıq ruhunda tərbiyə etməsində, iman gətirib, imanlarını təkmilləşdirmələrində onlara kömək etməkdə, onları doğru yoldan azdıra və Ondan uzaqlaşdıra bilən hər şeydən qorumaqda özünü göstərir. Bu hökmranlığın mahiyyəti ondan ibarətdir ki, Allah Öz qullarına hər hansı xeyirxahlığa doğru yolu asanlaşdırır və onları hər cür şərdən saxlayır. Ola bilsin ki, məhz buna görə, peyğəmbərlər çox vaxt öz dualarında Allahı özlərinin Rəbbi adlandırırdılar. Əslində, bu insanların məqsədi Allahın yalnız xüsusi hökmranlığı ilə bağlı idi.
Bu ayədə Uca Allah Özünü Aləmlərin Rəbbi adlandırır və bununla da vurğulayır ki, O tək yaradır, idarə edir və nemət verir. O zəngindir və Öz yaratdıq­larına ehtiyacı yoxdur. Əksinə, bütün yaradılmışlar Ona möhtacdır və hərtərəfli Ondan asılıdırlar.

ﭛ  ﭜ  ﭝ 

(3) “Mərhəmətli və Rəhmli Olana,

ﭞ  ﭟ    ﭠ  ﭡ

 (4) Haqq-hesab (Qiyamət) gününün Sahibinə!”

Hökmdar – səltənəti və hakimiyyəti Olandır və buna uyğun olaraq hökm ver­məyə və qadağalar qoymağa, mükafatlandırmağa və cəzalandır­mağa, Öz tabeliyində olanları hökmü altında saxlamağa tam haqqı vardır. Əsil hakimiyyətin kimə mənsub olması xeyir və şərin əvəzinin veriləcəyi Gün aydın olacaqdır. Bu – Qiyamət gününün vəsflə­rindən biridir. Həmin gün insanlar öz xeyirli və bəd əməllərinin əvəzini alacaqlar. Məhz həmən gün Allahın yaratdığı məxluqlar Allahın haki­miyyətinin möhkəmliyini, Onun ədalətinin və müdrikliyinin kamil­liyini  aydın görəcəklər. Onlar əvvəllər olduqları hər şeyi itirəcəklər. Hökmdarlar və onların təbəələri, kölələr və azad insanlar – hamısı Rəbbin qarşısında bərabər, Onun əzə­mətinə itaətkar və Onun qüdrəti önündə müti olacaqlar. Onlar Onun hökmünü gözləyəcək, Onun əcrini arzulayacaq və Onun intiqam alaca­ğından dəhşətə gələcəklər. Bax buna görə Allah Özünü xeyir və şərin əvəzinin veriləcəyi Haqq-hesab gününün sahibi adlandırmışdır, halbuki Onun haki­miyyəti bütün zamanları əhatə edir.

   ﭢ  ﭣ  ﭤ  ﭥ  ﭦ 

(5) Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyi­rik”.

Bu o deməkdir ki, biz təkcə Sənə ibadət edir və təkcə Səndən yardım istəyirik. Ərəb dilinin qrammati­kasına uyğun olaraq, əvəzlik felin qarşısında durarsa, hərəkət, heç bir başqasına deyil, məhz ancaq xatırlanan şəxsə aid edilir. Buna görə şərh etdiyimiz ayə aşağıdakı mənanı daşıyır: biz Sənə ibadət edirik və başqa heç kimə ibadət etmirik, kömək üçün Sənə dua edirik və başqa heç kimə kömək üçün dua etmirik.
İbadət, kömək üçün duadan əvvəl yad edilmişdir və bu ifadə xüsusinin ümumiyə daxil edilməsinin nümunəsidir, çünki sadalanarkən ümumi olanı xüsusidən əvvəl qeyd etmək qəbul olunmuşdur. Bununla yanaşı sözlərin bu qaydada ardıcıllığı göstərir ki, Uca Allahın haqqı Onun qullarının haqqından üstündür.
İbadət – həm qəlbən və həm də bədənlə yerinə yetirilən və Allahın sevdiyi və bəyəndiyi bütün sözləri və əməlləri əhatə edən anlayışdır. Yardım haqqında dua – Uca Allaha, xeyir verməsi və şərdən qoruması üçün, yalvarışla yönəldilən və mütləq gerçəkləşə­cəyinə inam bəslənilən müraciətdir.
Məhz ibadət və kömək haqqında dua əbədi xoşbəxtlik əldə etməyin və hər cür bəladan xilas olmağın həqiqi vasitəsidir. Bundan özgə bir qurtuluş yolu yoxdur. Bax elə buna görə də çox vacibdir bilək ki, ibadət ancaq Allah üçün Onun Elçisinin (s. ə. s) Sünnəsinə tam uyğun olaraq yerinə yetirildikdə öz əsil mənasını kəsb edir. Bu iki şərti yerinə yetirmədikdə heç bir ibadətin mənası olmaz.
Kömək haqqında duanın ibadət formalarından biri olmasına baxmayaraq Uca Allah onun barəsində ayrıca qeyd etmişdir. Çünki hər hansı mərasimi yerinə yetirəndə Allahın qulu öz Rəbbinin köməyinə möhtac olur. Onun yardımı olmadan insan heç vaxt Allahın hökmlərini qüsursuz icra edə və günahlardan çəkinə bilməz.

ﭧ   ﭨ  ﭩ  ﭪ 

(6)Bizi doğru (düz) yola yönəlt!”

Bu: bizə doğru yol göstər, ona yönəlt və o yolla getmək üçün kömək et, deməkdir. Bu aydın yol Allaha doğru aparır və Cənnətdə sona çatır. Bu yolu keçmək isə, haqqı dərk edənə və əməllərində onu rəhbər tutana müyəssər olacaqdır.
Bu, həm də o deməkdir ki: bizi doğru yola yönəlt və bizi o yolla apar. Birinci, İslama tərəf döndərilməyi və bütün başqa dinlərdən əl çəkməyi, ikinci isə, dini qanunları öyrənməyi və onları təcrübədə həyata keçirməyi nəzərdə tutur. Bu dua, İslamda ən faydalı, dərin və hərtərəfli dualardan biridir. Allah insanlara namazın hər rükətində bu sözlərlə Ona dua etməyi buyurmuşdur. Çünki hər bir insan Allahın köməyinə möhtacdır.
ﭫ  ﭬ  ﭭ   ﭮ  ﭯ  ﭰ  ﭱ   ﭲ  ﭳ  ﭴ  

(7) “Nemət verdiyin kəslərin yolu­na! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox.!

Düz yol – Uca Allahın nemət bəxş etdiyi peyğəmbərlərin, doğru danışan möminlərin, şəhidlərin və təqvalıların yoludur. Bu, həqiqəti bildikdən sonra ondan üz çevirmişlərin və buna görə Onun qəzəbinə düçar olmuşların yolu deyildir. Məhz bu qismət yəhudilərə və onlara oxşayanlara nəsib olmuşdur. Bu, xristianlar və onlara oxşayanlar kimi, öz cahilliyi və səhvləri üzündən haqdan üz çevirərək azmışların da yolu deyildir.
Özünün ifadə və üslub yığcamlığına baxma­yaraq, bu surə özündə, Quranın o biri surələrində olmayan şeyləri ehtiva edir. Onda tövhidin üç tərkib hissəsi əks olunmuşdur. Tək Allahın hökmranlığına iman “aləmlərin Rəbbi” sözləri ilə ifadə edilmişdir. Ancaq Allahın ibadətə layiq olmasına iman, “Allah” adının özündə və “Təkcə Sənə ibadət edirik və təkcə Səndən yardım diləyirik” sözləri ilə bildirilir. Təkcə Allahın gözəl adların və kamil sifətlərin sahibi olmasına iman gətirilməsi “Əlhəmdulillah” (Allaha həmd olsun) sözlərindən irəli gəlir ki, bu barədə öncə bəhs etmişdik. Tövhidin bu tərkib hissəsi Uca Allahın Özünün təsvir etdiyi və Muhəmməd Peyğəmbərin (s. ə. s) Onu təsvir etdiyi bütün ad və sifətlərinə iman gətirməyi nəzərdə tutur. Eyni zamanda, Allahın sifət­lərinin həqiqi mənasını dəyişmək və onları məxluqların sifətlərinə oxşat­maq yolverilməzdir.
Bu surədə Muhəmmədin (s. ə. s) peyğəmbərli­yi­nin gerçəkliyinin dəlilləri vardır. Onlar “Bizi doğru yola yönəlt” sözlərində öz əksini tapmışdır. Həqiqətən, Peyğəmbərin (s. ə. s) şəriəti olmasaydı, bu mümkün olmazdı.
“Haqq-hesab (din) gününün sahibi” ifadəsində, insanların etdikləri əməllərə görə əvəzini hökmən alacaqlarına göstəriş vardır. Bu əvəz ədalətlə verilə­cəkdir, çünki “din” (“əvəz”) sözü məhz ədalətli qarşılıq verilməsini nəzərdə tutur.
Surə həmçinin qədərilərin və cəbbarilərin yanlış görüşlərini ifşa etməklə, insanların seçim haqqı olmasına baxmayaraq, mövcud olan hər şeyin Allahın qədərinə müvafiq baş verdiyini təsdiq edir. Bundan başqa surədə bütün bidət və zəlalət tərəfdarlarının nəzəriyyələri təkzib edilir, çünki “Bizi doğru yola yönəlt” sözləri müsəlmanları haqqı dərk etməyə və onları öz əməllərini lazımi qaydada yerinə yetirməyə yönəldir. Bidət, dində yenilikçilik və zəlalət tərəfdarla­rının hər biri isə, hökmən düz yoldan üz çevirirlər.
  Bununla yanaşı, bu surədə Uca Allaha səmi­miyyətlə qulluq etməyə və kömək üçün yalnız Ona dua etməyə çağırış vardır. “Təkcə Sənə ibadət edirik və təkcə Səndən yardım diləyirik” ayəsinin mənası da bundadır. Həmd yalnız aləmlərin Rəbbi Allaha məx­susdur!
Birinci hissə
Ardını oxumaq üçün bu ünvanı tıklayıb növbəti bloqa keç:
           http://dsx-oder.blogspot.com/
 

Комментариев нет: