среда, мая 12, 2010

Перенаправить: [azerisalaf] Xankəndindən “Əbu Bəkr”ə atılan bomba...
ВходящиеX

Ответить

Azer Qurbanov

 кому: мне
Показать подробные сведения 19:08 (5 ч. назад)


--- Пн, 3.5.10, Aslan Nagiyev <aslan_nagiyev@yahoo.com> пишет:

От: Aslan Nagiyev <aslan_nagiyev@yahoo.com>
Тема: [azerisalaf] Xankəndindən “Əbu Bəkr”ə atılan bomba...
Кому: "Azerisalaf selefi" <azerisalaf@googlegroups.com>
Копия: "Azeriumma umma" <azeriumma@yahoogroups.com>
Дата: Понедельник, 3 май 2010, 11:16

http://www.lent.az/news.php?id=28984

Xankəndindən “Əbu Bəkr”ə atılan bomba... - FOTO

11:37 03-05-2010

 
 

Azərbaycan bayrağını öpüb gözünün üstünə qoydu. Sonra Ermənistan bayrağını əlinə alıb, tüpürdü…

Ermənilər ona hətta bir gülləni belə çox görürlər: o əməlin sahibindən qisas almaq istəyən erməni onun canını bir gülləylə qurtarmasına razı olardımı? Güllə ilə ürəkləri soyumayacaqlarını bildiklərindən onu digərlərinə nisbətən daha dəhşətli işgəncələrə məruz qoyur, nəhayət, damarına dizel yanacağı vurub, bir erməni əsiri ilə dəyişirlər... 

“Tüpürüm sənin bez bayrağına!”

“Ermənilər bizi günlərlə ac-susuz saxlayırdılar. Bir dəfə hamımızı bir otağa yığıb, masanın üstünə bir Azərbaycan, bir də Ermənistan bayrağı saldılar və dedilər ki, kim gəlib Ermənistan bayrağını öpsə, Azərbaycan bayrağına tüpürsə, ona yemək-içmək verəcəyik. Açığı, günlərlə ac-susuz qaldıqdan sonra belə şeyə dayanmaq müşkül məsələydi. Növbə ona çatdı. Ermənilərin oturduğu masaya yaxınlaşdı. Azərbaycan bayrağını götürdü, öpüb gözünün üstünə qoydu. Sonra Ermənistan bayrağını əlinə alıb tüpürdü, ayaqlarının altına salıb tapdalamağa başladı…
Ermənilər bir anlıq donub qaldılar. Elə bil baş verənlərə inanmaq istəmirdilər. Birdən sanki yuxudan ayıldılar. Onu yerə yıxıb təpiklə, avtomatın qundağı ilə döyməyə başladılar…”. 


Bir nəfər əsirin dilindən yazılmış bu əhvalat olsa-olsa, yaddaşı möhkəm oxucularımıza tanış gəldi. Bu adamın kim olduğunu indi çoxları unutsalar da, erməni əsirliyində, ermənilərin “ya yemək, ya da Azərbaycan bayrağı” təklifinə üçüncü yolu seçərək Ermənistan bayrağına tüpürməklə cavab verən qəhrəman vaxtilə çox məşhuruydu. Özü də təkcə Azərbaycanda yox… Bu bayraq olayından dərhal sonra həmin adam od içində olan Qarabağdan yazı hazırlamağa gəlmiş bir rus jurnalist xanımın fotokamerasının obyektivinə, oradan da əlində bayraq, əliavtomatlı erməni döyüşçülərinin qarşısında qururla yeriyən halda şəkli “Komsomolskaya Pravda”nın manşetinə düşmüş, bu olay bütün dünyaya yayılmışdı. Onun məlum hərəkətindən hətta ermənipərəst jurnalist xanım belə məqaləsində təsirlənərək, Azərbaycanın bu böyük oğlunun erməni bayrağına tüpürərək ölümdən pəsinmədən bədəni qara-qançır halda ərdəmliklə duruş gətirməsinə heyran qalmışdı. Bu adam İLQAR ƏRŞAD OĞLU MEHDİYEV idi! 

Dosye:
Mehdiyev İlqar Ərşad oğlu 1958-ci il oktyabr ayının 24-də Cəbrayıl rayonunda müəllim ailəsində anadan olub. 1975-ci ildə M.Qorki adına Cəbrayıl qəsəbə orta məktəbini bitirib. 1975-79-cu illərdə Bakı şəhəri Lenin rayonu OADKYC-də (DOSAAF) işləyib. 1977-79-cu illərdə ordu sıralarında xidmət edib. 23 avqust 1993-cü ildə erməni qəsbkarları Cəbrayılı işğal edən zaman şəhəri tərk etməyib, əhalini ərazidən çıxarərkən düşmənə əsir düşüb. 3 il erməni əsirliyində qalıb. Sonradan Bakıya qaytarılıb, əsirlikdə aldığı fiziki və mənəvi zərbələrdən 1997-ci il fevral ayının 5-də dünyasını dəyişib. Ailəli idi, bir oğlu və iki qızı var.

Bu, həmin İlqar Mehdiyevdir…


…Bu, həmin İlqar Mehdiyevdir ki, bir ailənin başçısı, bir elin ağsaqqalı hörmətini qazanmışdı və Cəbrayıl rayon İcra Hakimiyyətinin Cəbrayıl şəhəri üzrə icra nümayəndəsi ola-ola ermənilərə qarşı özünümüdafiə batalyonu yaratmış, rayonun müdafiəsni qurmuşdu.

…Bu, həmin İlqar Mehdiyevdir ki, əsir yoldaşları onu əsirliyin cəhənnəm əzablarını çəkərkən belə mənliyini itirməyən, ölümü gözünün altına alaraq vətənini, torpağını, Bayrağını həyatından əziz tutan bir Şəhid kimi xatırlayırlar.

Bu, həmin İlqar Mehdiyevdir artıq özünü dərk eləyən yaşa çatmış övladları düz üç il əsirlikdə qalan atalarını yalnız “Qırmızı Xaç”ın məkublarıyla “oxşayırlar”. Ermənilər isə İlqara hətta bir gülləni belə çox görürlər: o əməlin sahibindən qisas almaq istəyən erməni onun canını bir gülləylə qurtarmasına razı olardımı? Güllə ilə ürəkləri soyumayacaqlarını bildiklərindən İlqarı digərlərinə nisbətən daha dəhşətli işgəncələrə məruz qoyur, nəhayət, damarına dizel yanacağı vurub bir erməni əsiri ilə dəyişirlər. Beləcə, ata qayıdır, özü də minlərdən, yüz minlərdən birinin bacara biləcəyi qəhrəmanlıqla: erməni əsirliyində nəinki öz ləyaqətini, şərəfini, həm də digər əsirlərin, hələ Azərbaycan Bayrağının da ləyaqət və şərəfini qoruyaraq.

Bir neçə aydan sonra əzablar bitir. Ata əsirlikdə aldığı mənəvi və fiziki işgəncələrdən dünyasını dəyişir. Bir az qəzetlər yazır, bir az televiziya göstərir, bir az tanıyanlar danışır, vəssalam! Bununla da Azərbaycan tarixinin amansız səhifəsi daha bir qəhrəmanı izsiz-soraqsız unudur. Bayrağının şərəfini əsirlikdə qoruyan və məhz buna görə canını fəda eləmiş bir qəhrəman adsız-sansız dəfn olunur. Onun ailəsi isə taleyin amansız axınına buraxılır. Ancaq bu ailədə İlqarın ciyərparası iki qızı və Samir adlı bir oğlu böyüyürdü axı...

Qəhrəmanın terrorçu oğlu?

“2008-ci il avqust ayının 17-də Bakıda “Əbu-Bəkr” məscidində baş vermiş partlayışda şübhəli bilinən Samir Mehdiyev Pakistanda həbs edilərək Azərbaycana gətirilib. Milli Təhlükəsizlik Nazirliyi İctimai Əlaqələr Mərkəzindən Lent.az-a verlən məlumata görə, 2008-ci il avqust ayının 17-də Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Əbu-Bəkr” kimi tanınan “Cümə məscidi”nə atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər ölüb, 18 nəfərin sağlamlığına müxtəlif dərəcəli zərər yetirilib”. 


Bəli, bu həm də həmin İlqar Mehdiyevdir ki, 2008-ci il avqust ayının 17-də Bakıda “Əbu-Bəkr” məscidində baş vermiş partlayışda şübhəli bilinən Samir Mehdiyevin atasıdır… İllər əvvəl Azərbaycanın azadlığı və ərazi bütövlüyü üçün döyüşlərə qatılmış, Azərbaycan vətəndaşlarının erməni əlinə düşməməsi üçün rayonu tərk eləməyən, əsirlikdə Azərbaycan bayrağını canından əziz tutan əfsanəvi qəhrəman İlqar Mehdiyevin oğlu Samir Mehdiyev bu gün Cinayət Məcəlləsinin bir neçə ağır maddələriylə təqsirkar bilinir.

Mənim və Samirin taleyi…

…İllər əvvəl – 1992-ci ilin qanlı-qadalı vaxtlarında, Xocalı qırğınından sonra könüllü tələbə dəstəsiynən Şahin Tağıyevin “Qurtuluş” batalyonuna yollandım. Döyüşlərdən keçdim, dost qazandım, dost itirdim, yaralandım, pusquda erməni güddüm, qorxdum, qorxutdum, başım xarab oldu… Günlərin birindəsə rahat tələbə həyatına qayıdanda başa düşdüm ki, dünya gözümdə sakit həyatla müharibə arasındakı fərq qədər dəyişib. Ətrafımda bir Allahın quluyla – doğmalarımla, dostlarımla, heç kimlə danışa, bir araya gələ bilmirdim. Hamı Matfey əzabı çəkən mən cavana baxır və Pilat soyuqqannlığı ilə susurdu. Təşkilat yaratmaq, ideyalarımı həyata keçirmək istədim, yarım-yapalaq bir şey alındı, köhnə döyüş dostlarıma yaxınlaşdım, hay olmadı. Nəhayət, uçurumun kənarındaykən, pafossuz-filansız deyirəm, Nitsşenin kitabı düşdü əlimə, oxudum. Əlisa Nicatla görüşdüm, onun həyata baxışlarını öyrənmək istədim. İxtisasımı dəyişdim, özümü elmin, fəlsəfənin, sənətin dünyasına verdim və qurtuldum! O gündən bu günə tutduğum yolun doğruluğuna bir an da olsa şübhə etməmişəm. Mən Samirin yaşadığı taleyi yaşamadım. Samir də heyf ki, mənim taleyimi yaşamadı. Hələ çox gənc ikən ağrıları mənim ağrılarımdan sözsüz böyükdü… Və o da ağrıları ilə birgə təkiydi…

…Onda Samir yekə oğlanıymış, hər şeyi başa düşüb, hər şeyi başa sala biləcək yaşdaymış. O, atasının günü-gündən şam kimi əridiyini görür, “gecə otağımda işığı söndürməyin, birdən gəlib məni döyməyə başlayarlar” kimi ürəkparçalayan psixi sarsıntılarının dilə gələ bilən səsini eşidir və bu dərdlərlə, bu faciəylə böyüyür. Atasının ölümünə qədər və atasının ölümündən sonra onun çəkdiklərini inanmıram bir cavanın çiyni çəkə bilsin. 24-25 yaşlı bu cavan kim olduğunu, atasının niyə və hansı ideya üçün qurban getdiyini gözəl anlayır hər halda. Mən Samirin həyatın amansız və ziddiyyətli qanunları qarşısında beşik kimi yırğalanan dövründə lap mənim kimi tək qaldığını, düşmən əlindəki Qarabağın, Qarabağ üçün qurban gedən atasının, hamı tərəfindən unudulan ailəsinin faciəsi üstündə şəbəkə-şəbəkə, naxış-naxış qurulan cinayətkar keçmişini təsəvvür edə bilirəm. Onu bu yola yaşadığı faciələrin apardığına adım kimi əminəm. Bu bir gedişdir ki, vətəndə unudulan ləyaqətli qəhrəmanların oğullarının ləyaqətli qanından, genindən Vətən və Millət üçün yararlanılmayanda ondan digərləri yararlanır, bu qəhrəmanlardan törəyənlərdən başqa adamlar düzəltməyə nail olurlar! Heyf, qəhrəman İlqar Mehdiyevin oğlu Samir Mehdiyevdən də başqaları yararlandı.
Ondan terrorçu düzəltdilər. Bunun haqqı və bəraəti yoxdu. Terrorun məhv elədiyi bir nəslin, terrora qurban gedən bir atanın oğlunun terroru dəstəkməsinin, terrorda qurtuluş görməsinin heç bir bəraəti yoxdu, heç şübhəsiz! Sadəcə, onu o yola aparan faciəinin kökünü göstərmək istədim. Onun da adı elə terrordu. Erməni terroru!

İlham TUMAS
ilham_tumas@mail.ru


--
You received this message because you are subscribed to the Google Groups "azerisalaf" group.
To post to this group, send email to azerisalaf@googlegroups.com.
To unsubscribe from this group, send email to azerisalaf+unsubscribe@googlegroups.com.
For more options, visit this group at http://groups.google.com/group/azerisalaf?hl=az.

Комментариев нет: