четверг, апреля 15, 2010

İNSANIN YARADILIŞI

İNSANIN YARADILIŞI MÖCÜZƏSİ

Bu sənədli film insanın necə yaradıldığını, hansı mərhələlərdən keçəndən sonra xəlq edilməsindən bəhs edir. Bu film sizin haqqınızdadır.

Bir vaxtlar ananızın bətnində bir hüceyrə idiniz. Eyni ilə dünyadakı başqa insanlar kimi... Sonra bu hüceyrə bölündü. İki hüceyrə oldu. Daha sonra bölünərək dörd hüceyrə oldu. Sonra səkkiz, sonra onaltı... Hüceyrələr get-gedə çoxaldı. Əvvəlcə ortaya bir ət parçası çıxdı. Sonra həmin ət parçası forma aldı. Qolları, ayaqları, gözləri oldu. Əvvəlki hüceyrə 100 milyard dəfə böyüdü, 6 milyard dəfə ağırlaşdı. Öncə yalnız bir su damlası ikən Allah bir möcüzə gerçəkləşdirdi və insanı yaratdı. İnsanı necə yaratdığını da Quranda belə bildirdi:

"Məgər insan elə güman edir ki, o, başlı-başına buraxılacaq?! Məgər o, tökülən bir qətrə nütfə deyildimi?! Sonra laxtalanmış qan oldu və Allah onu yaradıb surət verdi. Sonra da ondan bir kişi, bir qadın olmaqla iki cift yarat­dı. Elə isə o Allah ölüləri diriltməyə qadir deyildirmi?!" ("Qiyamət" surəsi, 36-40).


(Material "Harun Yəhya TV"

Комментариев нет: