Şeyx Muhəmməd b. Saleh əl-Useyminin
TƏQDİMATI
Həmd təkcə Allaha məxsusdur. Peyğəmbərimiz Muhəmmədə, ailəsinə, səhabələrinə və Qiyamət gününədək yaxşılıqda onların ardıyca gedənlərə salavat və salam olsun!
Daha sonra, dəyərli şeyximiz Əbdürrəhman b. Nasir əs-Səədinin (Allah ona rəhmət etsin) “Teysirul-Kərimur-Rəhman fi Təfsiri Kəlamul-Mənnan” adlı əsəri özünə xas bir çox xüsusiyyətlərinə görə Quran təfsirlərinin ən yaxşılarından biri hesab edilir.
Bu Təfsir aşağıdakı xüsusiyyətlərə malikdir:
onun yazılmasında müəllif hər kəsin başa düşə biləcəyi asan və aydın ifadələrdən istifadə etmişdir;
oxucunun fikrini yayındıran və vaxtını aparan, düşüncə üçün heç bir faydası olmayan lüzumsuz uzadılmalardan və əlavələrdən çəkinilmişdir;
xatırlanmasına ehtiyac duyulan əsaslı ziddiyyətlərdən başqa, digər ixtilaflı məsələlərə toxunulmamışdır. Kitabın bu xüsusiyyəti oxucunun fikrini müəyyən bir məsələ üzərində cəmləşdirməyə imkan verir;
sifətlərlə bağlı ayələrdə Allahın hökmləri ilə ziddiyyət təşkil edən təhrif və yozmalardan qaçınaraq, sələfin yoluna əsaslanılmışdır;
ayələrin nişan verdiyi fayda və hökmlərdən çıxarılan nəticələrə dair incəliklər barədə; xüsusilə, bu özəllik “Sad” surəsindəki Davud (ə) və Süleyman (ə.) hekayətlərində və “Maidə” surəsində dəstəmaz alınması ilə bağlı ayədə daha bariz şəkildə özünü göstərir. Müəllif bu ayədən əlli hökm çıxarmışdır;
bu əsər təfsir və gözəl əxlaqa dair təlim-tərbiyə vasitəsidir. Bu, “Əraf” surəsinin “Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər”[1] ayəsinin təfsirində aydın görünür.
Məhz bu özəlliklərinə görə, Quranın təfsiri kitabını almaq istəyən hər kəsə öz kitabxanasında bu qiymətli təfsir üçün yer ayırmasını tövsiyə edirəm.
Uca Allahdan bu kitabın müəllifinə və onu oxuyanlara yararlı olmasını arzu edirəm. Həqiqətən, O, Çoxsəxavətli və bərəkət Sahibidir. Muhəmməd Peyğəmbərə, ailəsinə, səhabələrinə və Qiyamətə qədər onların ardıyca gedənlərə salavat və salam olsun!
Muhəmməd əs-Saleh əl-Useymin
15 ramazan 1416-cı hicri ili
[1] Əraf, 7/199. (F.S.)
OXUCULARIN NƏZƏRİNƏ!!!
Şeyx əs-Səədinin bu əsərinin İ və İİ cildlərini əldə
etmək istəyənlər MƏŞHUR BEŞMƏRTƏBƏ ilə üzbəüz
“Müslümshop” adlı mağazaya Müraciət edə bilərlər.
Növbəti dəfə digər satış məntəqələrinin ünvan
və telefon nömrələrini göstərəcəyik.
Mənimlə məsləhətləşmələr üçün
Allah xatirinə rəy və təkliflərinizi odersalafi@gmail.com
elektron ünvanıma göndərməyiniz rica olunur. FƏRAHİM
1 комментарий:
A. Səədinin nəşr olunmuş və satışa verilmiş həmin cildlərini aşağıdakı telefonlara zəng vurub sifariş etmək olar: 596-70-34; 441-59-50 və 499-01-28).
Отправить комментарий