Çox dəyərli və əziz bacı-qardaşlar! Bu BLOQ bir töhfədir və AllAH xatirinə sizə hədiyyə edirəm. İslam elminə, şəriətinə həsr edilmiş klassik və İslam dünyasında tanınmış və böyük həvəslə oxunan ədəbi irsin incilərini, inşallah, müxtəlif dillərdən tərcümə edib bu bloqa yerləşdirəcəyəm. Siz oxuculardan ricam - əsərləri və ya onlardan bir parçanı oxuduqdan sonra, tərcümələrimin dili, oxunaqlığı və s. barədə qeydlərini buradaca, qısalığından və ya təfərrüatlılığından asılı olmayaraq, rəy, mülahizə, təklif, tənqid, bəyənmə formalarda mənə bildirəsiniz. Qeydlərinizin ən dəyərlilərinə görə, bu il yanvarın 31-nədək 1-ci-3-cü yerləri tutmuş oxuculara öz tərəfimdən (bloqa bir hissəsini qoyduğum nəşr etdirdiyim əsərlərdən) hədiyyə veriləcək. Bu qaydanı, inşallah digər aylarda da tətbiq etmək barədə düşünürəm. Sanballı qeydlərin və ya təkliflərin müəllifləri haqqında Ə. Səədinin "QURAN TƏFSİRİNİN" növbəti cildlərinin nəşrində tərcüməçinin "Ön sözü"ndə xatırlana da bilər.
Artıq nəşr olunmuş 1-2-ci cildləri öz kitab rəfi üçün əldə etmək istəyənlər, onlaı bu telefonlara: (596-70-34; 441-59-50 və 499-01-28) zəng vurub sifariş edə bilərlər. FƏRAHİM
XƏBƏRDARLIQ!!!
TƏƏSSÜFLƏR OLSUN Kİ, KEÇƏN MÜDDƏT ƏRZİNDƏ BLOQA RƏY GÖNDƏRƏN OLMADIĞI ÜÇÜN HƏDİYYƏLƏR PAYLANMADI!
AMMA ÜMİDVARAM Kİ, QARDAŞ VƏ BACILAR BU BLOQU NƏHAYƏT Kİ, OXUYA VƏ MATERİALLARA RƏY VERƏ BİLƏCƏKLƏR.
Комментариев нет:
Отправить комментарий